Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:43

Çavuşoğlu Rusiyaya irad tutdu


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkəsinin TV24 telekanalına müsahibəsində Qarabağla əlaqədar suallara da cavab verib.

Rusiya ilə birgə nəzarət mərkəzinin yaradılması barədə danışan Çavuşoğlu deyib:

“İşlərə başlanır. Rusiya ilə anlaşma memorandumunu imzalamışıq. Digər tərəfdən də ərazidə atılacaq addımları təbii ki, ev sahibi Azərbaycanla müzakirə etməyimiz lazımdır”.

Çavuşoğlu əlavə edib ki, detallar müzakirə olunur və müşahidə mərkəzi ev sahibinin istədiyi yerdə olmalıdır:

"Ən qısa bir zamanda nəzarət mərkəzini quracağıq və atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun dərhal həyata keçməsində fayda var. Son günlərdə Ermənistan tərəfindən bəzi pozuntulatara yol verilib. Azərbaycan bunun cavabını verib, amma təbii ki, burada Rusiyanın da məsuliyyəti var”.

Çavuşoğlu xatırladıb ki, Rusiya belə pozuntuların olmasına yol verməməlidir:

“Əks halda hörmətli Əliyev nə edəcəyinə dair lazımi mesajı verib”.

Türkiyə naziri Ermənistanla Türkiyə arasında sərhəd qapılarının açılması ilə bağlı da məlumat verib:

"Qapıların açılması bu prosesin normal şəkildə işləməsinə bağlıdır”.

XS
SM
MD
LG