Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:48
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:25 8.11.2020

İsa Qənbər: “Bu qələbəylə Azərbaycanımız çox dəyişdi”

İsa Qəmbər, arxiv foto
İsa Qəmbər, arxiv foto

“Mən Azərbaycanın silahlıq qüvvələrinin Ali Baş Komandanı başda olmaqla bütün xalqımızı, əsgərlərimizi, generallarımızı, bu qələbədə payı olan hər kəsi təbrik edirəm. Dünyada haqqın və ədalətin yanında olan qüvvələr də bu günü qeyd etməlidirlər”.

Bu açıqlamanı AzadlıqRadiosuna Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər verib.

İsa Qəmbət noyabrın 8 -də Şuşanın işğaldan azad olunmasını Azərbaycan xalqının 1992-ci ilin mayından gözlədiyi qələbə adlandırıb.

İsa Qəmbər deyib ki, Azərbaycanda ağsaqqaldan körpə uşağa qədər, Şuşanı görməmiş gənclərə qədər hamı Şuşa həsrəti ilə yaşayırdı:

“8 noyabr bütün xalqımızın qələbəsidir və müharibənin yekunlaşmasına doğru atılan çox ciddi addımdır...”

İsa Qənbər sonda da deyib ki, "dünya dəyişir, bu qələbəylə də Azərbaycanımız da sözün yaxşı mənasında çox dəyişdi, daha bütöv və daha gözəl oldu "

14:23 8.11.2020

Əli Kərimli: “Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf etməlidir”

Əli Kərimli, arxiv foto
Əli Kərimli, arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “bütün xalqımızın gözü aydın olsun” deyərək əlavə edib ki, əsgər və zabitləri təbrik edir.

Əli Kərimli bildirib ki, Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf etməlidir:

“Əgər tamamilə sağlam məntiqlərini itiməyiblərsə, Erməınistan hakimiyyəti bu şəkildə özlərinin və Azərbaycan gənclərinin məhv edilməsi siyasətini aparmamalıdır. Aydın məsələdir ki, Azərbaycan ordusu qat-qat güclüdür... Bütün torpaqlarımız azad olunacaq, nəyə görə minlərlə gıncin həyatı itirilməlidir, ermənilər bunu anlamalı və torpaqları azad etməlidirlər...”.

Şuşa şənlikləri - Bakıda vətəndaşlar küçələrə axışdı (2020)
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

13:53 8.11.2020

Prezident: “Əziz Şuşa, biz qayıtmışıq!”

Predzident müraciətində habelə deyib ki, Şuşa işğal altına düşəndə “bizim əsas problemlərimiz o idi ki, ordu yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi ”:

“ Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı…”

Prezident deyib ki, hakimiyyətdə olduğu 17 il ərzində onun işimin əsas hissəsi ordu quruculuğuna həsr edilib. O, sonra da qeyd edib ki, torpaqları ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir:

“Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub.”

Prezident əlavə edib ki, hər bir ölkənin özünümüdafiə hüququ var:

“Bu hüququ bizə BMT Nizamnaməsi verir...”

O, qeyd edib ki, hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycan mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmayıb. O deyib ki, sentyabrın 27 -dən Azərbaycan tərəfdən 93 mülki şəxs həlak olub, 400-dən çox mülki şəxs yaralanıb.

Prezident müraciətin sonunda da deyib:

“Əziz Şuşa, sən azadsan!Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şuşanın işğaldan azad olunması münasibəti ilə Xəzər dənizində gəmilər fit verir
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

13:28 8.11.2020

“Şuşa bütün Qafqazın incisidir”

“Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir...”

Bu fikirləri də prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.

Davamı

XS
SM
MD
LG