Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:59
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

09:42 1.10.2020

Döyüşlərin 5-ci günü

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən başlayan ağır döyüşlərin hələ də davam etdiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 1-də səhər saat 8:45-də yaydığı məlumatda qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarda tutduqları mövqelərinə gecə ərzində bölmələri artilleriya zərbələri endirib.

10:06 1.10.2020

Rusiya və Fransa Dağlıq Qarabağda atəşkəsə çağırır

Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəsə çağırıb.

Kremlin oktyabrın 1-də bildirməsinə görə, iki prezident telefon söhbətində Dağlıq Qarabağda son döyüşləri səngitməyin diplomatik yollarını müzakirə ediblər.

"Vladimir Putin və Emmanuel Makron qarşı tərəfləri dərhal tam atəşkəsi icra etməyə, gərginliyi azaltmağa, maksimum təmkin göstərməyə çağırıb", – Kreml bildirir.

İki lider ATƏT-in Minsk qrupu adından döyüşlərin dayandırılması və danışıqların bərpasına dəstək ifadə edən bəyanat verməyə hazır olduqlarını deyiblər. Rusiya, Fransa və ABŞ Minsk qrupunun həmsədr ölkələridir.

10:38 1.10.2020

Tərtər atəşə tutulur, ölən var

"Oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 1-də səhər saat 9:51-də məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğundan isə bildiriblər ki, oktyabrın 1-də saat 09 radələrində işğalçı ölkənin silahlı qüvvələrinin atdığı və Tərtər şəhər avtovağzalına düşən top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Zabil Həsənov həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Baş Prokurorluq bildirir ki, son günlər cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin zərbələrindən 16 mülki şəxs ölüb, 55 dinc sakin də müxtəlif xəsarətlər alıb.

10:43 1.10.2020
Azərbaycanda müharibə vaxtı 'müharibəyə yox' deyənlər
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Davamı

XS
SM
MD
LG