Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:39
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:49 3.10.2020

Makron yenə Əliyevə zəng vurub

Fransa prezidenti Emmanuel Macron , arxiv foto
Fransa prezidenti Emmanuel Macron , arxiv foto

Oktyabrın 2-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, Fransa prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

“Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.”, məlumatda yazılıb.

Məlumatda bildirildiyinə görə, dövlət başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. “ Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.”, məlumatda oxuyuruq.

Fransa prezidenti Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başladıqdan bir gün sonra, sentyabrın 28-də də prezident İlham Əliyevə zəng vuraraq yenə atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırış etmişdi.

11:00 3.10.2020

“ Tərtər, Ağdam, Ağcabədi və Goranboy artilleriya atəşinə tutulub”

“Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub”.

Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi ( AMN) oktyabrın 3-də saat 10-37-də yayıb:

“Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur”

AMN bildirməsinə görə, qarşı tərəfə cavab verilir.

11:24 3.10.2020

AMN təyyarə və PUA-larının vurulduğunu təkzib edir

“Ermənistan tərəfi bu gün ( oktyabrın 3-də ) yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının (PUA) vurulması ilə bağlı dezinformasiya yayıb.”

Bunu Azərbaycan Müdafiə Nazirliyinin (AMN) mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O, bildiririb ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb.

Onun deməsinə görə, əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını vurur.

15:51 3.10.2020

Baş Prokuror: “12 cinayət işi başlanıb”

Kamran Əliyev, arxiv foto
Kamran Əliyev, arxiv foto

“Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən 12 cinayət işi başlanıb. Bu günədək ( sentyabrın 27-dən bəri-red) 19 mülki şəxs həlak olub. Təəssüf doğurucu hal ondan ibarətdir ki, həlak olan şəxslər arasında qadınlar və uşaqlar da var...”

Bunu Azərbaycan Baş prokuroru Kamran Əliyev oktyabrın 3-də təşkil olunan brifinqdə söyləyib.

Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi sakini Elbrus İsa oğlu Qurbanov və ailəsinin dörd üzvü – anası, həyat yoldaşı, övladları həlak olub. Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələr ilə cinayət işi başlanıb. K.Əliyev həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 63 dinc sakin yaralanıb.

Davamı

XS
SM
MD
LG