Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:50
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

11:37 5.10.2020

24 mülki şəxs həlak olub

Baş Prokurorluq sentyabrın 27-dən bəri cəbhədə döyüşlər başlayandan sonra Azərbaycan tərəfdən mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən oktyabrın 5-də yayılan məlumata görə, 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

12:03 5.10.2020
Mingəçevirə 3 raket atılıb, yaralananlar var
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

12:04 5.10.2020

Füzuli, Ağcabədi, Tərtər, Goranboy və Göygöl atəşə tutulur

Hazırda Füzuli rayonunun Horadiz şəhərini, Ağcabədi rayonunun kəndlərini, Tərtər şəhərini, bu rayonun kəndlərini, Goranboy və Göygöl rayonlarını Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 5-də saat 11:40-da məlumat yayıb.

AMN qarşı tərəfə cavab verdiyini vurğulayıb.

12:19 5.10.2020

"Gəncə Ermənistan ərazisindən atəşə tutulur"

Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhərinin atəşə tutulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 5-də saat 12:10-da məlumat yayıb.

Davamı

XS
SM
MD
LG