Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Ərzaq bahalaşır, yoxsulların dərdi artır


2007-2008-ci illərdə ərzaq qiymətlərindəki kəskin artım üsyanlara yol açmışdı.
2007-2008-ci illərdə ərzaq qiymətlərindəki kəskin artım üsyanlara yol açmışdı.

Fransanın "France24" kanalı yazır ki, dünyada ərzaq qiymətləri son 10 ildə görünməmiş sürətlə artmaqdadır. Dünyanın onsuz da koronavirus pandemiyasından böyük ziyan görmüş yoxsul və həssas ölkələrinin problemləri daha da çoxalır.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artmaqda olan ərzaq qiymətlərinin onsuz da siyasi qeyri-sabitlikdən əziyyət çəkən ölkələrdə sosial gərginliyi daha da artıracağından narahatdır.

40 faiz artım

FAO-ya görə, bu ilin mayında ərzaq qiymətləri bir il əvvəlkinə nisbətən 40 faiz artıq idi. Bu, 2011-ci ilin sentyabrından indiyədək ən kəskin artımdır.

12 ay ərzində qarğıdalı 88 faiz, soya paxlası 73 faiz, buğda və süd məhsulları 38 faiz, şəkər 34 faiz, ət isə 10 faiz bahalaşıb.

Dünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyn deyir ki, bu, çox narahatedicidir.

2007-2008-ci illərdə əsas ərzaq növlərinin qiymətlərindəki kəskin artım dünyanın bir çox şəhərində üsyanlara yol açmışdı. 2010-2011-ci illərdə bu qiymət artımları "Ərəb baharı"nın müjdəçisi oldu.

Bəs bu fenomenin səbəbi nədir? Hökumətlər iqtisadiyyatı durğunluq halına salmış pandemiyadan sonra stimullaşdırıcı proqramlara külli miqdarda vəsait xərcləyirlər. Ancaq bu, həm də inflyasiyanın artması deməkdir.

Türkiyə bazarlarında qiymətlər kəskin qalxdı
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Səbəbkar Çindir

Kanal yazır ki, Dünya Bankının proqnozlarına görə, 2021-ci il üçün iqtisadi artımı 8.5 faiz olacaq Çin yağlı toxumlar, dənli bitkilər və ət kimi əsas ərzaq məhsullarının əsas istehlakçısıdır.

İqtisadçı Filipp Şalmin deyir ki, ərzaq qiymətlərindəki çalxalanmanın hazırkı səbəbkarı Çindir.

ABŞ iqtisadiyyatının da sürətlə bərpa olunacağı gözlənilir. Dünya Bankı bu ölkədə bu il üçün iqtisadi artımın 6.8 faiz olacağını proqnozlaşdırır.

Ancaq iqtisadiyyatın bərpası dünyanın hər yerində eyni deyil. FAO-nun ticarət və bazarlar bölməsinin direktor müavini Yozef Şmidhuberin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin gəlirləri böyümədiyi halda, idxala xərclədikləri vəsaitin həcmi artmaqdadır.

Ərzaq qiymətlərinə təsir edən digər amillərə Braziliyadakı quraqlığın qarğıdalı qiymətlərinə təsiri, yenidən artmaqda olan neft qiymətləri və dəniz daşımalarının qiymətlərindəki artım da daxildir.

İqtisadçılar bu prosesin nə qədər sürəcəyini deməyə çətinlik çəkirlər. Hazırda məhsulun çox yaxşı olacağı proqnozlaşdırılır.

Dünya ərzaq qıtlığı ilə üzləşir. Azərbaycan hansı addımlar atır?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Bol məhsul yığımı

ABŞ Kənd Təsərrüfatı Departamenti 2021-2022-ci illərdə məhsul yığımının rekord həddə olacağını proqnozlaşdırır. Braziliya soya paxlası və Amerika qarğıdalısının da bol olacağı gözlənilir. Bütün bunlar qiymətlərin yenidən enməsinə kömək etməlidir. Ancaq iqlim dəyişikliyi bu proqnozlara təsir edə bilər.

Şmidhuber hesab edir ki, bu il qiymətlər nisbətən yüksək qalacaq. Bu, xüsusən də kənd təsərrüfatı sektorunun daha çox enerji istehlak etməsi və nəticədə neft qiymətlərinin qalxması ilə bağlıdır.

Bütün bunların yoxsul ölkələrə təsiri artıq hiss olunmaqdadır. Livan ciddi iqtisadi və maliyyə böhranı ilə üz-üzədir. Valyutası ciddi dəyər itirən ölkə defolt vəziyyətinə yaxınlaşıb. Mayda burada ərzaq qiymətləri son 12 ayda 226 faiz artıb. "France-24" bu məlumatı "Trading Economics" saytından götürüb.

Argentinada isə ərzaq qiymətləri kəskin artdığından hökumət mal əti idxalını bir aylıq dayandırmalı olub.

Firuzə 4 yaşından ət yemir: Veqan olmağın çətinlikləri
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Dünya daha hazırlıqlı deyil

Dünya Bankının məlumatına görə, Nigeriyanın üzləşdiyi yüksək inflyasiya özünü ərzaq qiymətlərinin kəskin artmasında göstərir. Bu isə daha 7 milyon insanın yoxsulluq həddinə yuvarlanması deməkdir. Üstəlik, bütün bunlar COVID-19 pandemiyasına görə əhalinin gəlirlərinin azaldığı vaxtda baş verir.

FAO-nun iqtisadçısı Abdolreza Abbassian deyir ki, ölkələrin bu vəziyyətə 10 il əvvəlkindən daha hazırlıqlı olmasını demək üçün heç bir əsas yoxdur.

"10 il əvvəl üsyan və siyasi qeyri-sabitliyin ön cəbhəsində yer almış ölkələr bu gün də asanlıqla özlərini eyni vəziyyətdə – səhər oyanıb ərzaq qiymətlərinin qəfildən artdığını görə bilərlər", – o deyir. Onun sözlərinə görə, əgər əvvəl ərzaq qiymətləri sosial narazılığın əsas səbəbi idisə, indi o, çox sayda səbəbdən yalnız biridir.

XS
SM
MD
LG