Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

110 yaşlı nənəsini xilas edib itkin düşdü...


Dağlıq ərazidə yerləşən Külüz kəndində isə sel bir ailənin faciəsinə səbəb olub
Dağlıq ərazidə yerləşən Külüz kəndində isə sel bir ailənin faciəsinə səbəb olub
İyulun 22-si axşam saatlarından etibarən Naxçıvan Muxtar Respublikasında yağan aramsız leysan yağışları bölgədəki dağ çaylarının daşmasına səbəb olub. Dağlıq ərazilərdə yerləşən kəndlərdəki bəzi evlər və əkin sahələri su altında qalıb.


Dağlıq ərazidə yerləşən Şahbuz rayonun Külüz kəndində isə sel bir ailənin faciəsinə səbəb olub. Ailənin başçısı 50 yaşlı kənd müəllimi Yavər Quliyev sel sularında itkin düşüb. Yaxınlarının məlumatına görə, Yavər Quliyev 110 yaşlı nənəsini xilas etdikdən sonra su altında qalıb.


«35 ildir kənddə müəllim işləyirdi, nənəsini xilas etdi, özü xilas ola bilmədi…»


110 yaşlı nənə isə hadisəni belə xatırlayır: «Sel gəldi, mən yatmışdım. Məni otaqdan çıxardı, özü geri qayıtmadı…»

Kənddə söhbət etdiyim sakinlər işıqsız, qazsız qalmaları bir yana içməli suyun da tapılmağını bildirirlər. Neçə illərdir eyni hadisələrin təkrar olunduğunu bildirən kənd camaatı hələ də qabaqlayıcı tədbirlərin görülməməsindən şikayətçidirlər:


«Camaatın 95 faizi susuzdu. Düşmüşük o dərəyə, bu dərəyə su axtarırıq. Hərəmiz bir tərəfə dağılmışıq. Belə getsə kənd ləğv olacaq, belə yaşayış olmaz axı?»


Kənddə olarkən Fövqəladə Hallar Nazirliyinin ağır texnikası itkin düşmüş kənd sakinin axtarırdı. Sakinlər bildiriblər ki, onlara dəyən ziyanın hesablanması ilə hələ ki, heç kim maraqlanmayıb.

XS
SM
MD
LG