Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:25

«Əsl ağsaqqallar bu gün beşikdədirlər»


Ayaz Salayev: «Ziyalı sinfi nəinki Azərbaycanda, bütün dünyada məhv olub»
Ayaz Salayev: «Ziyalı sinfi nəinki Azərbaycanda, bütün dünyada məhv olub»
«Eramızın əvvəlini götürsək, bir tərəfdə Neron adamları bağda məşəl kimi yandırıb ətrafında gəzirdisə, digər tərəfdə başqa adamlarda ruh yüksəkliyi var idi. Beləliklə, ruhaniliklə vəhşilik bərabər şəkildə cəmiyyətə paylanırdı. Çox müqəddəs adamlar və çox vəhşi adamlar yaşayırdı. Müasir dövrdə müqəddəs də, vəhşi də yoxdur». Tanınmış kinorejissor Ayaz Salayev «Bizim Yol»a müsahibəsində belə deyir.

«Bilirsiniz, yerin hansı hissəsində diktatura rejimi varsa, ona təzyiq göstərməyin müsbət tərəfləri də var. Artıq bəşəriyyət o istiqamətə doğru gedir ki, yer kürəsini öz vətəni kimi görür. İbtidai dövrün vəhşi insanına elə gəlirdi ki, onun mağarası bütün dünyadır. O anlamırdı ki, zəlzələ ola bilər, meteroid düşər və mağara dağılar. İndi insan özünü mənzilində belə rahat hiss etmir və hesab edir ki, yer kürəsi kosmosun kiçik bir hissəsidir. Bilirsiniz, niyə bu məsələlərə toxundum, mənim Şimali Koreyadan tələbə yoldaşlarım olub. Bu gün həmin ölkədəki rejim məni narahat edir. Mən görəndə ki, Kim İr Çen öz xalqını necə qoyun sürüsünə çevirmək istəyir, bunu özümə bir təhqir hesab edirəm. Məni başa düşün, həqiqətən belə düşünürəm. Düzdür, Şimali Koreya uzaqdadır, təyyarə ilə 10-15 min kilometr getmək lazımdır, amma ordakı rejimə görə mənliyimi tapdanmış hesab edirəm».

Mətbuata dövlət dəstəyi baş tutacaqmı?-, «Azadlıq» qəzeti bu suala cavab axtarır. Məsələyə münasibət bildirən «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev deyir ki, «Bir az da uzatsalar Azərbaycan mətbuatına heç bir konsepsiyada kömək edə bilməyəcək».

«Gürcüstan prezidenti Mixail Saakaşvilinin fərmanı ilə Tbilisi Azərbaycan Dövlət Dram Teatrına Heydər Əliyevin adı verilib». Bu barədə «Azərbaycan» qəzeti məlumat verib.

Teatrın direktoru və bədii rəhbəri, rejissor Qoça Kapanadze bildirib ki, «Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin qorunub saxlanmasında və möhkəmlənməsində H.Əliyevin misilsiz xidmətləri olub».

«Nə yazıqlar ki, bizdə hökumətin mediaya münasibəti düşmənçilik həddinə çatıb. Azərbaycanda bütün növ azadlıqlar boğulub, əzilib, susdurulub, iflic vəziyyətə salınıb». «Yeni Müsavat»da köşə yazısında Azər Ayxan belə yazıb. «İndi müstəqil və azad düşüncəli bir-iki jurnalist kollektivi qalıb ki, şanlı iqtidarımız gecə-gündüz onları bir qədər də zəiflətmək haqqında fikirləşir».
XS
SM
MD
LG