Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Qənimət Zahidin əlyazmaları məhv edilib


Qənimət Zahidin iddiası ilə bağlı proses avqustun 27-də davam edəcək
Qənimət Zahidin iddiası ilə bağlı proses avqustun 27-də davam edəcək
Qənimət Zahidin əlyazmaları məhv edilib və bununla bağlı aktın surəti vəkilə təqdim edilib.
Proses Sabail Rayon Məhkəməsində keçirilib.
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 1 saylı Bayıl İstintaq təcridxanasında yazdığı kitabın əlyazmalarının təcridxana rəhbərliyi tərəfindən alınması ilə bağlı iddia qaldırıb.

Məhkəmədə ifadə verən baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva əlyazmalarda dövlətin əleyhinə yazıların olmadığını və burada yalnız Azərbaycanda baş verən ictimai-siyasi məsələlərdən bəhs edildiyini bildirib.
«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov da öz çıxışında Q.Zahidlə əlyazmaların ümumi mövzusu haqqında danışdığını və burada 1991-ci ildən bu günə kimi Azərbaycanda baş verən ictimai-siyasi məsələlərdən bəhs edildiyini deyərək, əlyazmaların məhv edilməsini qanuna zidd hesab etdi.

Zahidovun vəkil Elçin Sadıqov əlyazmaların məhv edildiyi təqdirdə baş redaktora maddi və mənəvi ziyanın vurulduğunu hakimin diqqətinə çatdırıb.

Qarşı tərəf işlə tam tanış olmaq üçün vaxt istəyib. Növbəti prosesi avqustun 27-də olacaq.
Məlumatı «Turan»a Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan veriblər.
XS
SM
MD
LG