Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

Xəzərdə təhlükəsizliyə dair konvensiya müzakirəyə çıxarılıb


Xələf Xələfov deyir ki, konvensiyada sərhəd xidmətləri, gömrük və daxili işlər orqanlarının əməkdaşlığı barədə məsələləri əksini tapıb
Xələf Xələfov deyir ki, konvensiyada sərhəd xidmətləri, gömrük və daxili işlər orqanlarının əməkdaşlığı barədə məsələləri əksini tapıb
«Xəzəryanı dövlət başçılarının Tehranda keçirilən sammitində Azərbaycana Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihə hazırlamaq tapşırılıb. Bu görüşdə həmin layihə üzərində işləyəcək və müzakirələr aparacağıq». Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Sentyabrın 4-də Bakıda Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələrin İşçi Qrupunun toplantısı başlayıb.
Xələf Xələfov deyir ki, bu iclasda Azərbaycan tərəfinin təqdim etdiyi konvensiyada sərhəd xidmətləri, gömrük və daxili işlər orqanlarının əməkdaşlığı barədə məsələləri əksini tapıb.

Xəzərin statusu məsələsi bu vaxta kimi açıq qalır. Azərbaycan Qazaxıstan və Rusiya ilə ikitərəfli saziş imzalayaraq problemlə bağlı razılığa gəlib. Türkmənistan və İranla isə razılaşma imzalanmayıb.
XS
SM
MD
LG