Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:39

Amerika üçün ikinci şans


Sənəd Nümayəndələr Palatasında da təsdiqlənsə, Federal Xəzinədarlığa 700 milyard dollar veriləcək ki, xüsusilə riskli sayılan ipoteka borclarını satın alsın
Sənəd Nümayəndələr Palatasında da təsdiqlənsə, Federal Xəzinədarlığa 700 milyard dollar veriləcək ki, xüsusilə riskli sayılan ipoteka borclarını satın alsın
Dinlə

Amerika üçün ikinci şans yarandı. Amerikada çıxan bir çox qəzetlər oktyabrın 1-də Konqresdə keçirilən səsvermədən gələn «hə» cavabını belə qiymətləndiriblər. Bazar ertəsi Buşun təcili yardım planına «yox» deyən Nümayəndələr Palatasından fərqli olaraq, Senat 74 lehinə 25 əleyhinə olmaqla planı qəbul etdi. Özü də nəzər almaq lazımdı ki, Nümayəndələr Palatasında planın əleyhinə çıxan həm respublikaçılar, həm də demokratların mövqeyin təsir edə bilmək üçün bu plana da bəzi dəyişikliklər edilmişdi.

Senatdakı Demokrat çoxluğun lideri Harri Rid səsvermədən sonra demişdi ki, bu gün senatorlar hansı partiyadan olmasına baxmayaraq, Amerikanın üzləşdiyi ən ciddi iqtisadi problemə qarşı birgə mövqe nümayiş etdiriblər:

«Bu hərtərəfli, mükəmməl qanun deyil - hamımız bunu bilirik. Amma bu, əvvəlki variantdan çox inkişaf etdirilib. Biz hamımız birgə çalışdığımızdan onu qəbul edə bilmişik. Bu nə demokratların, nə də respublikaçıların qanunudur. Bu, bizim hamımızın qanunudur».
Senatdakı Respublikaçı azlığın lideri Mitç MakKonel isə deyib ki, bu planın qəbulu bütün dünyaya göstərdi ki, qanunvericilər Amerika iqtisadiyyatının çökməsinə imkan verməyəcəklər:

«Bu, bizim ölkəmiz üçün çox vacib addımdır. Bizim öyünmək üçün əsasımız var. Bu plan problemi tamamilə həll etməyəcək. Amma bu, Amerikan iqtisadiyyatının tezliklə özünə gəlməsi üçün lazım olan istiqamətdə hərəkətin başlanğıcıdır».

Yeni plan biznes və orta sinif üçün də 110 milyard dollarlıq vergi güzəştlərini əhatə edir. Üstəlik pulların batmasından narahat olub təşvişə düşənləri sakitləşdirmək üçün mütləq sığortalanan əmanətlərin məbləği 100 min dollardan 250 min dollara qaldırılacaq.

Sənəd Nümayəndələr Palatasında da təsdiqlənsə, yenə də Federal xəzinədarlığa 700 milyard dollar verəcək ki, xüsusilə riskli sayılan ipoteka borclarını satın alsın. Eyni zamanda banklara imkan yaradılacaq ki, əməliyyatlar aparmaq iqtidarında olsunlar. Yəni sistem yenidən işə düşsün.

Amerikan qəzetləri burda bir şeyə də diqqət yetirirlər ki, ölkənin vacib problemi müzakirə ediləndə Amerikanın prezidentliyə namizədlərin ikisi də öncə namizəd yox, senator olduğunu anlayıb planı dəstəkləmək üçün təşviqatlarını yarımçıq qoyub Vaşinqtona gəlib və səsverməyə qatılıblar.

Səsvermədən öncə, Senatın girişində Demokratların namizədi Barak Obama 1930-cu illərin durğunluğu vaxtı prezident Franklin Ruzveltin sözlərini də yada salıb:

«Gəlin qorxuya qalib gəlmək üçün birgə olaq. Birlikdə olsaq nə bu gün, nə sabah, nə də növbəti il biz uduzmarıq. Biz o millətik ki, müharibələr və iqtisadi çöküşlər, böyük uğurlar və böyük təhlükələr yaşamışıq. Hər belə anda biz bu baş verənlərə Demokrat, ya Respublikaçı kimi yox amerikalı kimi sinə gərmişik – qarşılıqlı anlaşma və etimadla. Amerikada bizim əsas inancımız budu ki, taleyimizi kiminsə yazdığı kimi yaşamırıq, onu özümüz yazırıq. Biz buyuq və mənim tanıdığım ölkə də indi belə olmalıdır»
«Gəlin qorxuya qalib gəlmək üçün birgə olaq. Birlikdə olsaq nə bu gün, nə sabah, nə də növbəti il biz uduzmarıq. Biz o millətik ki, müharibələr və iqtisadi çöküşlər, böyük uğurlar və böyük təhlükələr yaşamışıq. Hər belə anda biz bu baş verənlərə Demokrat, ya Respublikaçı kimi yox amerikalı kimi sinə gərmişik – qarşılıqlı anlaşma və etimadla. Amerikada bizim əsas inancımız budu ki, taleyimizi kiminsə yazdığı kimi yaşamırıq, onu özümüz yazırıq. Biz buyuq və mənim tanıdığım ölkə də indi belə olmalıdır».

Respublikaçıların prezidentliyə namizədi Con MekKeyn isə kampaniya apardığı Missuridən Vaşinqtona yollanmazdan əvvəl demişdi ki, ölkə ciddi iqtisadi böhranla üz-üzədir. Amma Amerikanın siyasi liderləri düzgün qərar verməklə bunun öhdəsindən gələ biləcəklər:

«Böhranlar çox zaman bizim yaxşı tərəflərimizi açmaqda, bizim nələrə qadir olduğumuzu və sınaq qarşısında qalanda nələr eləyəcəyimizi göstərməyə yardımçı olur. Bizim Vaşinqtonda necə sərt problemlə qarşı-qarşıya qaldığımız bir həqiqətdir. Amma hələ kimi durum fövqəladə vəziyyətə gəlməyib, hələ ki iqtisadiyyatımızın gələcəyini öz yoluna qaytarmaq olar, əlimizdən gələnin ən yaxşısını etməklə hamımızı birgə ictimai rifaha çatdırmaq olar».

Senatdan keçən planın qüvvəyə minməsi üçün hələ Nümayəndələr Palatasında da təsdiq olunması və prezidentin imzasına ehtiyac var. Nümayəndələr Palatası layihəni oktyabrın 3-də səsverməyə çıxaracaq və həftənin əvvəlində 12 səs çoxluğuyla qəbul olunmayan planın qəbulu üçün cəmi 12 nəfərin fikrini dəyişdirməsi yetərli olacaq.

Amma senatda artıq bu planın keçməsiylə Amerika birjaları özünə gəlməyə başlayıb. Düşmə halları davam etsə də, bu dəfə söhbət 7-8 faizlik dəyərsizləşmədən yox cəmi 0.2 faizdən gedir.

Amma senatda səsvermənin nəticələri birjalarına elə də təsir etmir. Cənubi Koreya və Yaponiya birjalarında səhmlər ucuzlaşmaqda davam edib. Avropada isə birjalardakı düşmələr zəifləsə də, hər halda davam edir. Analitiklərin fikrincə, bu Şərq yarımkürəsində çoxlarının Amerika planının bütün dünya üçün yetərli olacağına inamın azlığından irəli gəlir.

Bir çox maliyyəçilər və dövlət başçıları Amerikadakı planın Avropa bazarı üçün elə də təsirli olmayacağını bildirib. Onlar dövlət başçılarını ümumavropa planının tətbiqinə çağırırlar. Amma bu həftəyə nəzərdə tutulan Fransa, Almaniya, İtaliya və Britaniya dövlət başçılarının görüşündən konkret plan çıxacağına inananlar çox deyil. Çünki Fransanın daha öncə təklif etdiyi 200 milyard avro təxminən 425 milyard dollarlıq yardım paketini Almaniya dəstəkləmir. İndi Fransanın maliyyə naziri də ümumiyyətlə belə bir planın olmasını təkzib edir.

Brüsseldəki «Bruegel» Araşdırmalar Mərkəzindən Nikolas Veronun fikrincə isə Avropa Birliyinin də Amerikadakı federal ehtiyat sisteminin planı kimi nəsə hazırlamaq imkanları nəzəri olaraq yoxdur.

Ekspertlərin fikrincə, indi Avropa liderləri ən yaxşı halda üzv ölkələri inandırmalıdırlar ki, milli banklar vasitəsilə öz ölkələrində lazım olan tədbirləri görsünlər, kredit siyasətin düzəltsinlər. Avropa Komissiyası isə bəyan edib ki, üzv ölkələrdə böhranın yayılmasında əsas rol oynayan yumşaq bank qaydaları və kredit siyasətini təkrar gözdən keçirəcək. Böhran hallarında istifadə olunmaq üçün ortaq ehtiyat fondu yaratmağa çalışacaq. Amma bu tədbirlərin də real təsirləri ancaq yaxın 2 ildə hiss oluna bilər. Odur ki, indi Avropa bütün ümidlərini birlik liderlərinin bu həftə keçirəcəkləri sammitə bağlayıb.
XS
SM
MD
LG