Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

«90%-lik qələbə bir şəxsin dövləti deməkdir»


«90, 98, 99%-lik qələbələr ancaq avtoritar, hətta totalitar ölkələrdə mövcud ola bilə»
«90, 98, 99%-lik qələbələr ancaq avtoritar, hətta totalitar ölkələrdə mövcud ola bilə»
Dinlə

Türkiyənin Bahçeşehir Universiteti nəzdində Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru Cengiz Aktar «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Azərbaycandakı prezident seçkisində İlham Əliyev 90% səslə seçildi. İkinci yerdəki namizəd isə 2.8% səs aldı. 90%-lik səs demokratiyanın qaydalarına nə qədər uyğun gəlir? Seçilən adamla ikinci yerdəki arasında fərqin bu qədər böyük olması barədə nə düşünürsünüz?

- 90, 98, 99%-lik qələbələr ancaq avtoritar, hətta totalitar ölkələrdə mövcud ola bilər. Normal işləyən bir demokratiyada bu səviyyədə bir nəticə həqiqətən çox nadirdir, hətta yoxdur. Burada önəmli olan məsələ bundan ibarətdir: artıq demokratiyanın tərifi vətəndaşların sadəcə seçkiyə getməsindən ibarət deyil. Yəni çağımızın ən önəmli demokratiya göstəricisi - iştirakçı demokratiyadır. Bütün azlıqların və fərqli düşüncələrin təmsil edildiyi və o ölkənin üsuli-idarəsində vətəndaşların söz sahibi olduğu ölkələrdir həqiqi demokratik ölkələr.

- Bəs belə bir vəziyyət Avropa Şurasının dəyərlərinə nə dərəcədə uyğun gəlir?

- Təəssüf ki, Avropa Şurasının 47 üzvü Avropa Birliyinə hələ ki üzv olmayıb. Xüsusilə, keçmiş sovet ölkələrindəki demokratiya çox zəifdir. Bu ölkələrin Avropa Şurasında olmaları heç nəyi dəyişdirmir. Ancaq bu, bir prosesdir, yəni əgər günlərin birində Türkiyə AB-yə üzv olarsa, bu, Qafqazın başına gələ biləcək ən xeyirli iş olacaq. Türkiyənin AB-yə üzvlüyü Qafqazdakı sülh və sabitliyə müsbət təsir göstərəcək. Bir gün Qafqaza da AB üzvlüyünün nəsib olacağına və oraya da demokratiyanın gələcəyinə ümid edirəm.

- Sizcə, hakim partiyadan olan namizədin yenidən 90% səs qazanması ölkəni tək partiya dövlətinə doğru aparmazmı?

- Əslində bu, artıq tək partiyalı dövlət deməkdir. Əgər bir partiya və ya şəxs 90% səs alırsa, orada tək partiyanın və ya şəxsin dövləti var. Bu, 1930-cu illərin dövlət sistemi deməkdir.

Qeyd: Cengiz Aktar Türkiyənin Bahçeşehir Universiteti nəzdində Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktorudur. Əvvəllər BMT-nin Sloveniyada təmsilçisi olub. AB-Türkiyə arasında miqrasiya üzrə hökumətlərarası danışıqlara rəhbərlik edib. Türkiyədə Avropaya inteqrasiya üzrə aparıcı mütəxəssislərdən sayılır.
XS
SM
MD
LG