Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:41

Moskva bəyannaməsi «mübahisələrə son qoyan sənəd» adlandırıldı


Metyu Brayza, 12 avqust 2008
Metyu Brayza, 12 avqust 2008
«Yerevan, Bakı və Dağlıq Qarabağda biz münaqişə tərəflərindən qəti mesajlar aldıq. Onlar bildirdilər ki, müzakirələr üçün yeni imkanlar yaranıb. Bu da bizə əsas prinsiplər barədə razılığa gəlmək üçün önəmli irəliləyişlər əldə etməyə imkan verir».

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ATƏT Daimi Şurasının noyabrın 6-da keçirilən toplantısında belə deyib.

Onun sözlərinə görə, bütün münaqişə tərəfləri razılaşırlar ki, Gürcüstanda avqustda baş verən faciəvi hadisələr müharibə və insan həyatının qiymətini bir daha qabardıb. Və qeyri-müəyyənliyin bir anda bütün regionu necə təhlükə altına qoya biləcəyini göstərib:

«Üç prezident Moskvada yazılı bəyammanə imzaladılar. İlk dəfə idi ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağla bağlı danışıqlarında hansısa sənədə imza atdılar. Bu bəyannaməylə prezidentlər öhdəlik götürüblər ki, münaqişənin ancaq hüquq normaları və beynəlxalq sənədlərə uyğun olacaq siyasi həlli yollarını axtaracaqlar».

M.Brayza deyir ki, prezidentlər həmçinin ədalətli və balanslı razılaşmaya əminlik yaranması üçün qarşılıqlı inamı artıracaq tədbirlərə və beynəlxalq təminatlara da ehtiyacın vacibliyini qeyd ediblər:

«Bəyannamədə prezidentlər öz Xarici İşlər nazirlərinə tapşırıblar ki, Minsk Qrupunun davam edən səylərinin əsasında münaqişənin son üç il yarımda müzakirə etdiyimiz və inkişaf etdirdiyimiz əsas prinsiplərə söykənən siyasi həlli haqda sazişlə bağlı işləri yekunlaşdırmaq üçün səylərini artırsınlar».

Amerikalı həmsədr Moskva bəyannaməsini «Madrid prinsipləri»nin əsaslılığı haqda mübahisələrə son qoyan sənəd adlandırır:

«Və bizim münaqişəni həll etmək yolunda məhz bu prinsiplərə söykənən səylərimizin doğruluğunun sübutu kimi qəbul edirik».
XS
SM
MD
LG