Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:33

AŞ PA-da siyasi məhbuslar məsələsinin yenidən qaldırılacağı deyilir


2006-cı ilin yanvarından Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Komitəsində Azərbaycanda insan haqları və siyasi məhbuslar üzrə məruzəçi yeri vakant olaraq qalır. Məsələ ilə hələlik qurumun Monitorinq Komitəsi məşğul olur. Komitənin məruzəçiləri Andreas Qross və Andres Herkel AŞPA-nın iyun sessiyasında dinlənilməsi nəzərdə tutulan məruzələrinə siyasi məhbuslar üzrə hesabatı da daxil ediblər».

Hüquq müdafiəçisi Rəna Sadəddinova «Turan» İnformasiya Agentliyinə belə deyib.


Xanım Sadəddinova bu il martın 8-də Monitorinq Komitəsinin Paris iclasında siyasi məhbuslar məsələsinin qaldırıldığını, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin səhhətinin və Azərabaycanda son həbslərin müzakirə olunduğunu xatırladıb.


Azərbaycanda siyasi məhubslar üzrə məruzəçi Malkom Bryusun səlahiyyəti 2006-cı ildə başa çatıb.


XS
SM
MD
LG