Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Azərbaycanda «yuxarı»dan islahatlar mümkündürmü?


«Yuxarı»dan islahatları kim gözləyir? Sovet dövründə yuxarıdan idarə olunmağa alışanlar, dəyişikliyin lokomotivi olmağa özündə güc tapmayanlar, yaxud bunun yolunu bilməyənlər?
«Yuxarı»dan islahatları kim gözləyir? Sovet dövründə yuxarıdan idarə olunmağa alışanlar, dəyişikliyin lokomotivi olmağa özündə güc tapmayanlar, yaxud bunun yolunu bilməyənlər?
Siyasi vəziyyət nə qədər ağır və statik olsa da, dəyişiklik ümidi insanları tərk etmir. İlk baxışda bu, bir qədər ziddiyyətli görünür, çünki bununla bağlı cəmiyyətdə adekvat səylər yox dərəcəsindədir. Hətta belə təəssürat yaranır ki, cəmiyyətin böyük kəsimi bunun heç mexanizmini və yolunu da bilmir. Məsələn, kənar müşahidəçi üçün çox təəccüblüdür ki, son vaxtlar ölkə vətəndaşları arasında dəyişikliyə aparan, onu reallaşdıra bilən demokratik prosedurlara inam tamamilə azalıb. Siyasət getdikcə dar bir çərçivəni maraqlandıran «akademik» məşğuliyyətə çevrilir, sosial-siyasi təşəbbüslər demək olar ki, müşahidə olunmur, orta statistik vətəndaş hətta mətbuatla belə ciddi maraqlanmır.
Amma 1993-cü ildən bu vaxta qədər ki, prosesləri yada salanda burada da bir qanunauyğunluq tapmaq mümkündür. Əslində səylər çox olub.
Bir vaxtlar seçkilərə də maraq böyük idi. Ancaq «irəliyə doğru daha bir addım adlandırılan» hər növbəti seçkidən sonra tədricən bu inam da azalmağa başladı - insanlar daha seçkilərlə maraqlanmır, çünki onların nəticəsizliyini əvvəlcədən bilirlər. Və təbii ki, yeganə ümid yeri qalır – vəziyyəti demokratik yolla «aşağı»dan dəyişmək mümkün deyilsə, bəlkə əlac «yuxarılar»ın insafına inanmaqdadır? Axı siyasi vəziyyət əbədi olaraq belə davam edə bilməz! Daim dəyişən və yeniləşən dünyada Azərbaycan «ümidsizlik və çarəsizlik ada»sı kimi qala bilməz!
«Yuxarı»dan islahatları kim gözləyir? Sovet dövründə yuxarıdan idarə olunmağa alışanlar, dəyişikliyin lokomotivi olmağa özündə güc tapmayanlar, yaxud bunun yolunu bilməyənlər? Bəlkə də elə hamısı bir yerdə. Əslində «homo soveticus» - sovet insanı psixologiyasından çıxmamış adamların dəyişikliklərin avanqardına çevrilə bilmədiklərini görmək təəccüblü deyil. Təəccüblü olan – fərdi təşəbbüsün əsas meyar olduğunun az qala uşaq bağçasından aşılandığı Qərb ölkələrinin nümayəndələrindən oxşar fikirləri eşitməkdir. Onlar da sistemi dəyişmədən bir nəfərin islahat aparmaq iradəsini ortaya qoyacağı günü illərdir ki, gözləyirlər.
Bəs indi nə baş verir? Siyasi leksikon dəyişir. Neftin qiyməti aşağı düşdükcə hakimiyyətin ritorikasının məzmunu başqalaşır. Əvvəllər «analoqu olmayan iqtisadi inkişaf»dan, «bölgənin lider ölkəsi»ndən danışırdılarsa, indi cəmiyyəti daha çox inandırmağa çalışırlar ki, qlobal iqtisadi böhran ölkə üçün tamamilə təsirsiz ötüşəcək...
2003-cü ildə bu ümidlər daha böyük idi. Amma ötən beş il bunu təsdiq etmədi. Məsələ heç hansısa funksionerlərin yaşında da deyil. Den Syaopin Çində iqtisadi islahatlara başlayanda yaşı bəlkə də səksən həddində idi. Söhbət sözün həqiqi mənasında islahatçı və yenilikçi olmaqdan gedir. YAP bu missiyanın daşıyıcısı ola bilmədi, bunu istəmədi və bəlkə də heç vaxt istəməyəcək də! Bunu hətta YAP-ın bəzi sabiq üzvləri də etiraf edirlər.
Bəs indi nə baş verir? Siyasi leksikon dəyişir. Neftin qiyməti aşağı düşdükcə hakimiyyətin ritorikasının məzmunu başqalaşır. Əvvəllər «analoqu olmayan iqtisadi inkişaf»dan, «bölgənin lider ölkəsi»ndən danışırdılarsa, indi cəmiyyəti daha çox inandırmağa çalışırlar ki, qlobal iqtisadi böhran ölkə üçün tamamilə təsirsiz ötüşəcək. Amma bunun üçün nə edilir? Hansı işlər görülür? Bu haqda bir kəlmə də deyilmir. Müvəqqəti mexanizm hamı üçün aydındır. Neft Fondunda toplanmış vəsait hesabına vəziyyəti bir müddət stabilləşdirmək mümkün olacaq. Eyni vəziyyət Rusiyada da müşahidə olunur. Stabilləşmə Fondunda hələ ki, bir neçə yüz milyard dollarlıq vəsait var. Amma bununla belə, Rusiyada böhranın artıq başlandığını hamı etiraf edir. Azərbaycan isə sanki «möcüzələr adası»dır! Yeni seçilmiş ABŞ prezidenti hər həftə iqtisadi layihələrdən danışır! Məgər Azərbaycanın iqtisadiyyatı ABŞ-ınkından daha dayanıqlı özüllər üzərində qurulub?
Adi siyasi məntiq göstərir ki, ciddi çətinlik hiss edəndə hər bir hakimiyyət cəmiyyətlə münasibətlərini tarazlaşdırmağa cəhd edir. Yox, demək olmaz ki, YAP tamamilə fəaliyyətsizdir. Amma bu fəaliyyət başqa istiqamətə – cəmiyyəti tam nəzarətə götürməyə, siyasi qüvvələri, hətta ən radikal müxalifəti özününküləşdirməyə yönəlib. Nə qədər səy göstərsələr də, kiçik hakimiyyət partiyalarını dünyaya əsl müxalifət kimi təqdim edə bilmirlər.
Bunu sonuncu seçki də göstərdi. Cəmiyyətin bir hissəsi bununla razılaşmasa da, Azərbaycanda real müxalifət obrazı hələ dəyişməyib, onun daşıyıcısı indi də «ənənəvi» adlandırılan müxalifətdir. Təbii ki, sonuncu ilə bağlı problemlər və iradlar çoxdur. Hətta bu müxalifətin öz üzvlərinin bir qismi belə onun siyasi passivliyindən və fəaliyyətsizliyindən gileylənirlər. Amma insan psixologiyasına bir ətalət də xasdır. Təsadüfi deyil ki, hətta xaricilər də ölkədəki siyasi vəziyyəti aydınlaşdırmaq istəyərkən məhz bu müxalifətlə məsləhətləşmələr aparırlar. Bu, YAP üçün ən böyük problemdir. YAP onu necə həll etmək fikrindədir?
Artıq etiraflar məqamıdır. Hakim partiya islahatlar əvəzinə sırınan siyasi imitasiyanın hətta özlərinə yaxın zümrələri belə susdurmaq iqtidarında olmadığını görür. Qərbin axtardığı «islahatçını» prezidentdə tapmadığı da aşkardır. Maliyyə böhranı və neftin ucuzlaşması da siyasi təzyiqin iqtisadi rıçaqlarını sarsıdır.
Bəlkə həqiqətən də hansısa andan başlayaraq «yuxarı»dan islahatlara start vermək zamanıdır? Xüsusən də əgər yuxarılar dəyişikliklərin aşağıdan gəlməsini istəmirsə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG