Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

«Sərhədsiz Reportyorlar» kədərlənir


Dekabrın 8-də Zahidovlar yenidən cəzaçəkmə müəssisələrinə qaytarılıblar
Dekabrın 8-də Zahidovlar yenidən cəzaçəkmə müəssisələrinə qaytarılıblar
«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı Zahidovlar qardaşlarının yenidən həbsxanaya qaytarılmasından kədərləndiyini bildirir. Təşkilatın yaydığı bəyanatda deyilir ki, hökumət mətbuat azadlığına qarşı iltifatını nümayiş etdirərək, onu tənqid edənlərə dözümlüllük nümayiş etdirmək üçün ideal imkanı əldən verib.
Təşkilat dekabrın 5-də prezident İlham Əliyevə Qurban bayramında Qənimət və Zakit Zahidovu əfv etməsi üçün müraciət edib.
«Sərhədsiz Reportyorlar» İlham Əliyevin mərhəmət göstərərək, jurnalistlərin atalarının hüzn mərasimində iştirakına icazə verməsinə toxunaraq qeyd edib ki, bu, beynəlxalq ictimaiyyətdə pozitiv addım kimi qiymətləndiriləcək və Azərbaycanın mətbuat azadlığı göstəricisini yaxşılaşdıracaq.
Həbsdə olan jurnalistlərdən ikisi - Qənimət və Sakit Zahidov qardaşları atalarının yas mərasiminə görə, bir həftəlik müvəqqəti azadlığa buraxılmışdı. Dekabrın 8-də isə onlar yenidən cəzaçəkmə müəssisələrinə qaytarılıblar.
Zahidov qardaşlarından başqa, hazırda «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev və «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov da həbsdədir.
Jurnalistlər haqqında rəsmi ittihamlar narkotik maddələr saxlamaq, xuliqanlıq, terror barədə yalan məlumat yaymaq və rüşvət almaqdır. Hüquq müdafiəçiləri isə deyirlər ki, əslində onlar hakimiyyəti tənqid etdiklərinə gərə həbs olunublar.
XS
SM
MD
LG