Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

Avropa Bakı kəndlərini anlamağa başlayır


Kiyev bəyan edib ki, «Qazprom» Avropanı qazsız qoydu
Kiyev bəyan edib ki, «Qazprom» Avropanı qazsız qoydu
Budapeşt hava limanı qazla yox, neftlə qızdırılmağa keçdi. Bolqarıstan məktəbləri artıq qızdırılmır, dərslər dayandırılır. Mənzilləri istiliklə təmin edən mərkəzi istilik sistemi dayanıb.
«XXI əsr üçün absurd vəziyyət yaranıb. Rusiya ilə Ukraynanın davası Avropanın yarısının iqtisadiyyatını risk altında qoyub»,- bunu Bolqarıstanın İqtisadiyyat naziri Dimitrov mərkəzi televiziya ilə deyib.

Ukrayna vasitəsilə Avropaya ötürülən qaz yanvarın 7-də tamamilə kəsildi. Qaz kəsilən ölkələr Avstriya, Slovakiya, Çexiya və Rumıniyadır. Onlar qazı bir gün əvvəldən kəsilən Macarıstan, Bolqarıstan, Türkiyə, Makedoniya, Yunanıstan və Xorvatiyaya qoşuldular. İtaliyaya, Almaniyaya qaz Çexiyadan getdiyinə görə qaz qıtlığı ilə üzləşəcək növbəti ölkələr İtaliya və Almaniyadır. Qazın bir günlük kəsilməyi təkcə Bolqarıstan kimi balaca ölkəyə gündə 400 milyon dollar ziyan vurur. Almaniya kimi ölkələri isə hələlik xilas edən odur ki, burda xeyli yeraltı anbarlar var. Almaniyanın özünün qaz ehtiyatı 40 günə bəs edir.

Ukraynanın dövlət enerji şirkəti «Naftoqazın» mətbuat katibi Valentin Zemlyanski deyir ki, Avropaya gedən Rusiya qazının 80 faizi Ukraynadan keçir. «Qazprom» Avropanı qazsız qoydu.

«Qazprom» isə Ukraynanı günahlandırır ki, Rusiyanın Avropaya verdiyi qazın 15 faizini Ukrayna oğurlayır. Rusiyanın baş naziri Putin deyir ki, Ukrayna bunu Rusiyadan oğurlamır, qazın pulunu vermiş Avropa alıcısından oğurlayır.

Avropa Birliyi hələlik hər iki tərəfdən narazılıq edir ki, qazı kəsəndə əvvəlcədən xəbərdarlıq etmək lazım idi. Avropa Komissiyası bildirib ki, vəziyyət qətiyyən qəbulolunmazdır. Vaşinqton isə hələlik heç kimin tərəfini tutmaq istəmir, Dövlət Departamentinin mətbuat katibi Şon Makkormak bircə onu deyib ki, bu vəziyyət alternativ qaz kəmərlərinin vacibliyini bir daha sübut edir.

Makkormak Nabucco kəmərinin adını çəkməyib, ancaq bütün bu, qaz davasından Nabucco kəməri uda bilər. Nabucco Xəzər, o cümlədən Azərbaycan qazını Avropaya çatdırmaq üçün nəzərdə tutulur, ancaq çox danışılsa da əməli işə keçilmir.
XS
SM
MD
LG