Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:19

43 nəfərdən götürülən qan nümunələri Londona göndərilib


Ağdamın Bənövşələr qəsəbəsindən başqa bütün yerlərdə karatin tədbirləri götürülüb
Bu həftə 43 nəfərdən götürülən qan nümunələri müayinə üçün London laboratoriyasına göndərilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin nümunələrin heç də hamısı «quş qripi» virusuna yoluxmaqda şübhəli bilinənlərin analizləri deyil. Burda həm də kəskin respirator virus və adi mövsümi qriplə bağlı müraciət edənlərdən götürülən nümunələr var. Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, «quş qripi» şübhəsilə 2 Saylı Uşaq Kliniki Xəstəxanasında müalicə olunan 16 yaşlı qızın nümunələri də London laboratoriyasına göndərilib: «Onun analizləri burda təsdiqlənmədi, amma hər ehtimala qarşı göndərilib».


Hazırda iki nəfər, Səhiyyə Nazirliyinin adını açıqlamadığı 15 yaşlı qız və Salyan rayonunun Dayıkəndindən olan Ülkər Əsgərova hələ də 2 Saylı Uşaq Klinik Xəstəxanasında müalicə olunur. Səmayə Məmmədovanın dediyinə görə, hər iki xəstənin vəziyyəti yaxşılaşmaq üzrədir.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görəsə, Ağdam rayonunun Bənövşələr qəsəbəsindən başqa bütün yerlərdə karatin tədbirləri götürülüb.


Səhiyyə Nazirliyinin indiyə qədər yaydığı məlumatlara görə, Azərbaycanda «quş qripi»ndən beş nəfər ölüb, bir nəfər müalicə olunub evə buraxılıb, iki nəfərsə 2 Saylı Uşaq Klinik Xəstəxanasında müalicə alır. Onlardan birinin «quş qripi» virusuna yoluxduğu təsdiqlənsə də, digər xəstədən götürülən nümunələr London laboratoriyasına yenicə göndərilib.


XS
SM
MD
LG