Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

Əliyev məhdudiyyətsiz prezidentliyin tərəfdarıdır


İlham Əliyev Azərbaycanda insan haqlarının pozulması barədə tənqidləri də rədd edir
İlham Əliyev Azərbaycanda insan haqlarının pozulması barədə tənqidləri də rədd edir
«Siz Avropa Birliyinin üzvü olan elə bir ölkə tapa bilməzsiniz ki, onun liderini xalqın istədiyi qədər seçməsinə məhdudiyyət qoyulur. Eyni işi biz də Azərbaycanda edirik». Bu sözləri Davosda keçirilən Dünya İqtisadi Forumda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev «Reuters» agentliyinə müsahibəsində bildirib.
Prezident deyib ki, referenduma çox sayda məsələlər çıxarılıb. Yekunda başqa ölkələrdə olduğu kimi Azərbaycanda da xalq referendumla nəyin necə olacağına qərar verəcək.

Bu, Azərbaycan prezidentinin martın 18-ə təyin edilən referendumla bağlı səsləndirdiyi ilk rəyidir. Həmin referendumda Konstitusiyanın 30-a yaxın maddəsinə dəyişiklik nəzərdə tutulur. Əsas dəyişiklik də bir nəfərə iki dəfə yox, istədiyi qədər prezident seçilə bilmək hüququnun verilməyidir.
İlham Əliyev ötən ilin oktyabrında indiki konstitusiya ilə ikinci, sonuncu dəfə prezident seçilib.

İlham Əliyev Azərbaycanda insan haqlarının pozulması barədə tənqidləri də rədd edir.

«Reuters» agentliyinə müsahibəsində prezident bunları deyib: «Əgər tənqidlər haqlıdırsa və nüfuzlu mənbələrdən gəlirsə, biz bunu müzakirə etməyə hazırıq. Amma bəzi QHT-lərin tənqidlərindən o qədər də narahatlığa əsas yoxdur. Çünki, bu tənqidlərin əsasən heç bir əsası yoxdur. Azərbaycanda insan haqlarının vəziyyəti pis deyil. Əgər siz bizim qonşularımıza, məsələn, Ermənistana baxsanız, görərsiniz ki, orada elementar insan haqlarına hörmət edilmir. Amma onları tənqid etmirlər». Prezident İlham Əliyev belə deyib.

Azərbaycan demək olar bütün beynəlxalq insan haqlarını müdafiə təşkilatlarının, o cümlədən də ABŞ Dövlət Departamentinin illik hesabatlarında insan haqlarının vəziyyətinə görə tənqid edilir.
XS
SM
MD
LG