Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:40

İlin sonuna güzəştli şərtlərlə ipoteka krediti vəd edilir


Elman Rüstəmovun mətbuat konfransı, 21 aprel 2006
Elman Rüstəmovun mətbuat konfransı, 21 aprel 2006
İpoteka Fondu müvəkkil banklara verdiyi kreditlərin faizlərini aşağı salmağı planlaşdırır

Bu ilin ikinci yarısından ipoteka kreditlərini güzəştli şərtlərlə almaq mümkün olacaq. Milli Bankın sədri Elman Rüstəmov aprelin 21-də keçirdiyi mətbuat konfransında deyib ki, indi hökumətdə bununla bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, İpoteka Fondu müvəkkil banklara verdiyi kreditlərin faizlərini aşağı salmağı planlaşdırır. Elman Rüstəmovun fikrincə, bu addım bankların əhaliyə mənzil üçün ipoteka kreditlərini daha aşağı faizlə paylamağa imkan verəcək:

Elman Rüstəmov bildirir ki, hələlik hökumət Milli Bankın təkliflərini müzakirə edir. Amma o, başqa konkret hansı güzəştlərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Yalnız onu əlavə edib ki, şərtlərin yüngülləşdirilməsində Milli Bank peşəkar məsləhətçi rolunda çıxış edir. İşin sosial tərəflərini Gənclər və İdman, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri müəyyən edəcəklər.


İpoteka kreditlərinin verilməsi prosesi bu ilin martından başlayıb. Elman Rüstəmovun bildirdiyinə görə, indiyə qədər 10-a qədər vətəndaş mənzil almaq üçün ipoteka krediti götürüb. Hazırda İpoteka Fondu müvəkkil banklara krediti illik 6 faizlə verir. Banklar isə həmin vəsaiti vətəndaşlara illik 12 faizdən yuxarı verə bilməzdilər. Ekspertlər deyirdilər ki, kreditlər büdcə vəsaitləri hesabına maliyyələşdirildiyindən, İpoteka Fondu bu vəsaitləri banklara aşağı faizlə verməlidirlər.


XS
SM
MD
LG