Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Devid Plaf: «Mən adi vətəndaş kimi burda səfərdəyəm»


Devid Plaf Bakıya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvətilə gəlib
Devid Plaf Bakıya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvətilə gəlib
ABŞ prezidenti Barak Obamanın seçki kampaniyasının rəhbəri olmuş Devid Plaf Bakıdadır. Fevralın 9-da o, Qərb Universitetinin tələbələri qarşısında çıxış edib.

Cənab Plaf Bakıda şəxsi səfərdə olsa da, onun Azərbaycan parlamentində rəsmilər və prezidentlə də görüşü planlaşdırılır.

«Bu görüşlərdə Azərbaycanda medianın vəziyyəti, həbsdə olan jurnalistlərin problemlərini də qaldıracaqsınızmı» sualına cavabında cənab Plaf bunları deyib:

- Mən adi vətəndaş kimi burda səfərdəyəm. Seçkilər, internet, demokratiya haqqında danışıram. Kütləvi şəkildə insanların iştirak etdiyi bu seçkilərin necə keçməsi barədə mühazirə oxuyuram.

Devid Plaf Bakıya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvətilə gəlib. Obamanın son prezident seçkisi kampaniyasında Plaf Amerikanın seçki tarixində görünməmiş məbləği toplaya bilib.

İndi isə qiyməti 1.5-2 milyon dollar dəyərində olan bir layihə çərçivəsində həmin kampaniya haqqında kitab yazır.
XS
SM
MD
LG