Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:02

Müxalifət referendumu boykot etdi


«Qaradağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı seçiciləri referendumunda iştirak etməməyə çağırır
«Qaradağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı seçiciləri referendumunda iştirak etməməyə çağırır
Müxalifətin «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı 18 mart referendumunu boykot qərarı verib. Xəbəri «Azadlıq» radiosuna Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı verib.

Onun sözlərinə görə, «Qaradağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı bu addımını aşağıdakı arqumentlərlə əsaslandırır:

-referendumun Konstitusiyanın bir sıra maddələrinə zidd olaraq keçirilməsi;

-müxalifətin gerçəkləri olduğu kimi xalqa çatdırması imkanlarının məhdudluğu;

-MSK-ya və ictimaiyyətə müraciətlərinə məhəl qoyulmaması;

-müxalifət nümayəndələrinin seçicilərlə görüşlərinə ciddi əngəllər yaradılması.

«Qaradağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı seçiciləri ölkənin konstitusion əsaslarına və respublika quruluşuna ciddi ziyan vuracağını əsas gətirərək 18 mart referendumunda iştirak etməməyə çağırır.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.
Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG