Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:56

«Əbu-Bəkr»ə atılan bomba bütün dindarlara atıldı»


«Əbu-Bəkr» məscidində Cümə namazı
«Əbu-Bəkr» məscidində Cümə namazı
«Əbu-Bəkr» məscidindəki partlayış Azərbaycanda gündəmi dəyişməklə yanaşı, həm də ölkədəki dini cərəyanların arasındakı münasibətlərə təsir etdi. Partlayışdan sonra dindar qruplara qarşı bəzi qadağalar qoyuldu. Belə olan halda, Azərbaycanda vicdan azadlığının təminatı üçün hansı işlər görülür və görülməlidir?

«İslam və demokratiya» proqramının növbəti buraxılışında qonaqlar bu məsələni müzakirə etdilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Əliheydər Zülfüqarov «Əbu-Bəkr» məscidindəki partlayışın Azərbaycanda dini duruma mənfi təsir göstərdiyini deyir:

- Ən azından, dindarlarda belə bir fikir yarandı ki, məsciddə namaz qılmaq təhlükəlidir. Məscidin bağlanması, dindarların digər məscidlərdə namaz qılmaq məcburiyyətində qalması problem deyil. Amma saqqalların məcburən qırxılmasına yol vermək olmaz. Bununla bağlı komitəyə rəsmi müraciət olunmayıb. Dövlət dindarın təhlükəsizliyinin, daha sonra dini azadlığının qorunması ilə məşğul olmalıdır.

Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da deyir ki, biz İslam adına radikal cərəyanlar varsa, onlara qarşı çıxmalıyıq:

Bu hadisə Azərbaycan müsəlmanlarını daha da yaxınlaşdırdı. «Əbu-Bəkr»ə atılan bomba bütün inanclı insanlara, bütün namaz qılanlara atıldı.

Saqqal qırxılmasına gəlincə, bu, işgəncənin bir növüdür. Əgər kimsə düşünürsə ki, bu yolla radikallığın qarşını almaq olar, səhv edir. Çünki bu hərəkətlə daha da onları qəzəbləndirib narahat etdilər. Çalışmaq lazımdır ki, bir daha belə hadisə təkrarlanmasın. Bu, radikalizm və ekstremizmi artıran bir məsələdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə ölkədə dini etiqad və vicdan azadlığının təminatçısı kimi, Ombudsman qismində çıxış etməlidir.
XS
SM
MD
LG