Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:42

Hakimiyyət referendumu baş tutmuş, müxalifət iflas olmuş sayır


Səs verən seçicilər
Səs verən seçicilər
Referendumu boykot edən Müsavat partiyasının başqanı, “Respublikaçılar” təşəbbüs qrupunun təmsilçisi İsa Qəmbər hesab edir ki, Konstitusiya dəyişiklikləriylə bağlı referendum baş tutmayıb. İsa Qəmbər “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, onlarda olan məlumatlara görə seçicilərin yalnız 15%-ə qədəri referenduma qatılıb. O da büdcə təşkilatlarında işləyənlərin məcburi cəlb edilməsi, karusel əməliyyatları və başqa qeyri-qanuni tədbirlər hesabına:

- Bu da İlham Əliyev rejiminin referendum addımının tam fiaskosu, iflasa uğraması deməkdir. Əminliklə bildirirəm ki, İlham Əliyevin hakimiyyətinin uzadılmasına yönəlmiş bu referendum rejimin ömrünü daha da qısaldacaq. Əliyevlər ailəsinin hakimiyyətdə olduğu dövrü əhəmiyyətli dərəcədə azaldacaq.

Hakim YAP və MSK isə referendumun baş tutduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini deyir. MSK-nın məlumatına görə, hələ mətəqələrin bağlanmasından iki saat əvvəl – axşam saat 17-də artıq referendum baş tutumuşdu. Komissiyanın məlumatına görə saat 17-də seçicilərin 65%-ə yaxını referendumda iştirak etmişdi.

Hakim YAP icra katibinin müavini Mübariz Qurbanlı isə referendumun nəticələrini müsbət qiymətləndirdiklərini deyir. Mübariz Qurbanlı “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, referenduma təşviqat dövründə milyonlarla broşüralar paylayıb, seçicilərin əksəriyyətini əhatə edən görüşlər, başqa təşviqat tədbirləri keçiriblər:

- İzahat apardığımız hər yerdə vətəndaşaların bu dəyiçşiklikləri bəyəndiklərinin şahidi olmuşuq. Hesab edirik ki, referendum baş tutub və vətəndaşlar da dəyişikliklərə müsbət münasibət bildiriblər. Bu dəyişikliklər Azərbaycan dövlətinin Konstitusiya sisteminin təkmilləşməsi yönündə daha bir addımdır.
XS
SM
MD
LG