Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:38
Rubrikalar

Sambo idman növünün yaradıcılarından olan Anatoli Xarlanpiyevin xatirəsinə həsr olunan 36-cı beynəlxalq turnirdə Azərbaycan yığması 7 nəfərlə təmsil edilib


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Sambo idman növünün yaradıcılarından olan Anatoli Xarlanpiyevin xatirəsinə həsr olunan 26-cı beynəlxalq turnirdə Azərbaycan yığması 7 nəfərlə təmsil edilib. 14 ölkədən 200-ə yaxın idmançının 9 çəki dərəcəsində mübarizə apardığı yarışda



Habil Məsməliyev (68 kq) birinci olub, İslam Qasımov (52 kq), İlham Məmmədov (57 kq) və Elçin Mayılov (57 kq) isə bürünc medal qazanıb.



Sabah Bakıda Taekvando üzrə Gənclər arasında Avropa Çempionatı başlanacaq. Eyni gündə Avropa və Dünya Taekvando Federasiyalarının rəhbərləri Bakıda Assambleya iclasını da keçirəcək Bu turnirdə 26 Avropa şlkəsindən 400-ə yaxın oğlan və qız taekvandoçu iştirak edəcək. Bundan əlavə Bakıya Avropa və beynəlxalq taekvando federasiyalarının rəsmiləri və beynəlxalq hakimlər də gələcək. Avropa Çempionatı Beynəlxalq Taekvando federasiyası ilə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə təşkil edilib. Və idmançıların yerləşdirilməsi xərclərinin də böyük hissəsini Azərbaycan tərəfi öz üzərinə götürüb. Azərbaycan taekvandoçuları ilin əvvəlindən etibarən bu yarışa xüsusi proqramla hazırlaşıblar və komanda hesabında qələbəyə iddialılar sırasında gşstərilir. Gənclər, İdman və Turizm Nazirliyinin sözçüsü Raqif Abbasov.



Yarışlar hər gün səhər saat 10-da başlanacaq və hər gün 3 çəki dərəcəsində keçiriləcək. Qaydalara görə 9 çəki dərəcəsində keçirilən yarışlar günlərə bölünüb və hər yarış günü 3 çəki dərəcəsində qaliblər bəlli olacaq. Gənclər arasında Avropa Çempionatı bazar günü başa çatacaq.
XS
SM
MD
LG