Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:44
Rubrikalar

Teymur Rəcəbov liderlik taxtına oturdu


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” Azərbaycanın reqbi yığması Dünya Çempionatına qatılmaq üçün mübarizəyə başlayır. Aprelin 16-da Bosniya və Hersoqovinanın Zenitsa şəhərində Azərbaycan yığması reqbi üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin millisiylə qarşılaşacaq. Cavab görüşü aprelin 30-da Bakıda keçiriləcək. Bu oyunlara yaxşı hazırlaşmaq üçün Azərbaycan yığması sabahdan təlim-məşq toplanışına başlayır.



Çərşənbə günü UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin son iki oyunu keçiriləcək. Londonun “Çelsi” klubu öz meydanında Münhenin “Bavariya” komandasının qəbul edəcək. “Çelsi”nin medafiəçiləri Ueyn Bric və Paulo Ferreyra, yarımmüdafiəçilərdən Aryen Robben zədə, hücumçu Mattey Kejmansa cəzası üzündən “Bavariya”yla görüşə bilməyəcək. “Bavariya”da isə hücumda müəyyən problemlər var. Claudio Pizarronun zədəsi yetərincə ciddidir, Roy Makayınsa “Çelsi”ylə oynamasına yalnız görüşdən az öncə aydınlıq gələcək. Digər cütdə İtaliyanın Milan şəhərinin iki klubu “İnter” və “Milan” üz-üzə gələcək. “İnter”in hücumameylli oyunçuları Rekoba və Adriano zədələnib. Vyerinin isə fiziki durumu 90 dəqiqə oynamağa imkan vermir. “Milan”ın hücumçuları Andrey Şevçenko və Filippo İnzagi isə zədəsini sağaldıb və Milan derbisində forma geyə bilər.



Dünən keçirilən “Liverpul” – “Juventus” oyununda İngiltərə təmsilçisi Sami Hyupya və Luis Qarsiyanın qollarıyla birinci gissəni 2-0 hesabıyla şndə başa vursa da, ikinci hissədə Juventusun pyunçusu Fabio Kannovaro qapıçının da səhvindən yararlanaraq qollardan birinin əvəzini çıxıb və oyun 2-1 hesabıyla Liverpulun xeyrinə başa çatıb. Digər oyunda isə- Lionlu Maludanın qoluna PSV-dən Kokunun dəqiq zərbəsi ilə cavab verən PSV-Eyndhoven səfərdən qollu heç-heçəylə dönməyi bacarıb. ¼ finalın cavab görüşləri bir həftə sonra keçiriləcək.



Apreli 6-sı 152 Azərbaycan idmançısı birinci İslam Həmrəyliyi Olimpiadasında iştirak eləmək üçün Səudiyyə Ərəbistanına yollanıb. Çərşənbə axşamı isə Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri Əli Həsən Cəfər Milli Olimpiya Komitəsində Olimpiadada iştirak edəcək idmançıalrla görüşüb və onlara uğur diləyib. Aprelin 7-dən 22-dək keçirələcək Birinci İslam Həmrəyliyi Oyunlarına 50-dən çox islam ölkəsi qatılacaq. Əsasən Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində keçiriləcək oyunlarda Azərbaycanı 12 idman növü üzrə 152 idmançı təmsil edəcək. Hasnı geyimdə çıxış etmələriylə bağlı problemlər yarandığndan İslam Olimpiadasında qadın idmançıların iştirak etməməsi qərara alınıb. Bundan əlavə bir sıra idman növlərində Avropa və Dünya Çempionatları və A kateqoriyalı turnirlər İslam Olimpiadasıyla üst-üstə düşdüyündən Azərbaycan həmin növlərdə Ərəbistana əvəzedici heyətlərlə yollanıb.



Teymur Rəcəbov İspaniyada liderliyi ələ keçirdi. İspaniyada, 16-cı Dos Hermanas beynəlxalq şahmat turnirində çıxış eləyən Teymur Rəcəbov 5-ci tura qədər liderliyini saxlayan Ukraynalı yeniyetmə Sergey Karyakini məğlub eləyib. Və 5 oyuna 3 xal yarımla 1-ci sıraya yerləşib. GƏnc Azərbaycan qrossmeysteri bu qələbəylə ən yaxın izləyicisini yarım xal qabaqlayır. İsveçrə sistemi ilə keçiriləcək bu turnirin qalibi 9 turdan sonra müəyyənləşəcək.



7-ci Dubay Open beynəlxalq şahmat turnirində çıxış eləyən Qədir Hüseynov liderlər qrupunda yer alıb. İKi turdan sonra iki qələbəyləylə liderlər qrupunda yer alan Qədir Hüseynov 3-cü turda Moldovalı Dmitriy Svetuşkinlə oynayacaq.



Dubay turnirinin reytinqinə görə, 4-cü şahmatçısı Şəhriyar Məmmədyarov birinci turda qalib gəlsə də, ikinci turda Azərbaycanı təmsil edən Rəsul İbrahimovla heç-heçə edib. Eltac Səfərli ilk turda Ermənistanı təmsil edən Qabriel Sarkisyanı yenib, ik
XS
SM
MD
LG