Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:32
Rubrikalar

“Çelsi” Maurinyosuz da alman maşınını dağıtdı


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Dünən Çempionlar Liqasının ¼ final mərhələsində “Çelsi” “Bavariya”yla, “Milan”sa “İnter”lə münasibətləri aydınlaşdırıb. “Bavariya”da hücumçular Roy Makay, Roke Santa Kruz və Klaudio Pizarro zədəsini oyuna qədər sağalda bilməyib. İngiltərə təmsilçisi isə Londondakı oyuna cəzalanan baş məşqçi Joze Maurinyosuz çıxsa da, “Bavariya”nı yenməkdə çətinlik çəkməyib. Oyun başlayan kimi, “Çelsi”nin yarımmüdafiəçisi Co Koulun qüvvətli zərəbəsindən sonra “Bavariya”nın müdafiəçisi Lusioya dəyib-istiqamətini dəyişən top qapıdan keçib. Bu qoldan sonra hər iki tərəf qarşılıqlı hücumlar etsə də, komandalar fasiləyə elə bu hesabla yollanıb. İkinci hissədə oyuna girən alman yarımmüdafiəçi Bastiyan Şvaynştayqer 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Amma bundan heç 10 dəqiqə keçməmiş Lempard “Çelsi”ni hesabda irəli çıxardıb, 10 dəqiqə sonrasa, 70-ci dəqiqədə özünün ikinci, komandasının isə 3-cü qolunu vurub. Qol vurmaq üçün irəli atılan alman klubunun qapısından 4-cü qolu Didye Droqba vurub. Hərkəs oyunun bu hesabla bitəcəyini düşündüyü vaxt, cərimə zərbəsindən sonra Londonluların müdafiəçisi Ricardo Karvalyu Ballaka qarşı qaydanı pozub, və zərərçəkən özü penaltini dəqiq yerinə yetirməklə oyunda son nöqtəni qoyub. 4-2



Çempionlar Liqasının ¼ finalında digər oyun İtaliyanın Milan şəhərinin eyniadlı təmsilçisi “Milan”la “İnter” arasında keçirilib. “İnter” birinci hissədə daha çox hücum eləsə də, hücumçular Adriano, Rekoba və Vyerininn yoxluğundan fərqlənə bilməyib. Əvəzində isə birinci hissəyə əlavə olunan vaxtda, “Milan”lı Pirlonun ötürməsindən sonra Stam başla hesabı açıb. İkinci hissədə də eyni ssenari təkrarlanıb və oyunun bitməsinə 16 dəqiqə qalmış Andrey Şevçenko Kafunun ötürməsindən sonra başıyla fərqlənib və “İnter” 0-2 hesabıyla məğlub olub. ¼ final mərhələsinin cavab görüşləri 1 həftə sonra keçiriləcək.



İspaniyada, Dos Hermanas beynəlxalq şahmat turnirində çıxış edən Teymur Rəcəbov 6-cı turda Rusiyalı Aleksandr Rüstəmovla heç-heçə eləsə də 4 xalla liderliyini qoruyub.



Dubayda keçirilən şahmat turnirində isə 3-cü turda Qədir Hüseynov, Rəsul İbrahimov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Elmir Hüseynov və Erkin Qurbanzadə heç-heçə edib. Faiq Ələsgərovla Afaq Xudaverdiyeva rəqiblərini məğlub ediblər, Zeynəb Məmmədyarova, Cahangir Ağarəhimov, Eltac Səfərli və Türkan Məmmədyarova uduzub.



3 turdan sonra 2.5 xal yığan Qədir Hüseynov liderdən yarım xal, 2 xal yığan Şəhriyar Məmmədyarov, Elmir Hüseynov, Faiq Ələsgərov, Rauf Məmmədov və Rəsul İbrahimovsa liderlər qrupundan 1 xal geri qalır.



Azərbaycanın xanımlardan ibarət otüstü xokkey komandası Rusiya yığmasını 4-cü oyunda yenməyi bacarıb. Bakıda təlim-məşq toplanışı keçən Rusiyanın qadınlardan ibarət otüstü xokkey yığmasıyla Azərbaycan xokkeyçiləri arasında görüş 5-2 hesabıyla ev sahiblərinin qələbəsiylə sona çatıb. Ilk iki oyunda 3-0 və 4-0 hesabıyla qalib gələn Azərbaycan xokkeyçiləri, 3-cü oyunda da 2-1 hesabıyla qələbə qazanmışdı. 2 həftə öncə Bakıda təlim-məşq toplanışı keçən Ukrayna yığması isə Azərbaycana 3 oyunda yenilsə də, bir oyunu heç-heçəylə başa vura bilmişdi. Rusiya üzərində 4-cü qələbəylə təlim-məşq toplanışını başa vuran Azərbaycan yığması mayda Hollandiyada keçiriləcək Çempionlar Kubokuna hazırlığın birinci mərhələsini geridə qoyub.



Bu gün Cənubi Koreyanın Çanqvon şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı başlanacaq. Pekin Olimpiadasına vəsiqə qazanmaq imkanı verən yarışda Azərbay
XS
SM
MD
LG