Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:33
Rubrikalar

Uğurlu həftəsonu


Səs: Real audio
“Bin Laden şəhərdədir” Azərbaycan güləşçisi Avropa Çempionatında qalib oldu. Bazar günü Bolqarıstanda başa çatan Yunan-roma güləşi üzrə Avropa Çempionatında 60 kq çəki dərəcəsində yarışan Vitali Rəhimov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Vitali Rəhimov çempion olmaq üçün Türkiyədən Mahmud Görəzi, Çexiyadan Petr Şvehlanı, Gürcüstandan David Dedinadzeni, və Rumıniyadan Eysebiu Diakonunu məğlub edib. Çempionata qatılan digər 3 Azərbaycan güləşçisi medal qazana bilməyib.

Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi oyunları, İslam Olimpiadasında yarışan Azərbaycan idmançıları həftəsonu 8 medal qazanıb. Bundan öncə Azərbaycan yığmasında 1 qızıl, 2 gümüş və 1 bürünc medalı karateçilər, digər bürünc medalı isə taekvandoçu qazanmışdı. 85 kq çəkidə yarışan Azərbaycan ağırlıqqaldıranı Natiq Həsənov birdən və təkanla ağırlıq qaldırma növlərində 2 gümüş, ümumi hesabda isə 1 qızıl medal da əldə edib. 94 kq-da mübarizə aparan Əlibəy Səmədov isə 2 bürünc medal qazanıb. 105 kq çəkidə isə Dünya Çempionu Nizami Paşayev 1 qızıl, 2 bürünc medal qazanmaqla Azərbaycan yığmasının medallarının sayını artırıb. Yaşar Məmmədovun rəhbərlik etdiyi qılıncoynatma yığması isə şəxsi birincilikdə uğursuz olsa da, komanda yarışlarında 3-cü olub. Litvalı Rimas Kurtinaytisin çalışdırdığı Azərbaycan basketbol yığması isə Əlcəzairə yenilsə də, Mərakeş və Suriyanı məğlub eləməklə yarımfinala çıxıb.



Madriddə keçirilən Taekvando üzrə Dünya Çempionatında Azərbaycan idmançıları uğursuz çıxış eləyib. 125 ölkədən 1300-ə qədər idmançının qatıldığı yarışlarda Azərbaycan 8 kişi və 4 qadın idmançı ilə təmsil edilirdi. Amma 4 bürünc medalın qazanıldığı ötənilki Dünya Çempionatından fərqli olaraq Azərbaycan idmançıları bir medal da qazana bilməyib.



Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında ilk oyunlar keçirilib. Bakıda “İnter” “Xəzər-Lənkəran”ı 2-1 hesabıyla məğlub edib. İmişlidə isə yerli “MKT-Araz” “Bakı”ya 0-1 hesabıyla uduzub. Azərbaycan kubokunun yarımfinalında cavab oyunları aprelin 29-da keçiriləcək.
XS
SM
MD
LG