Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:54
Rubrikalar

Azərbaycan idmançıları İslam Olimpiadasında 8-ci oldu


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi oyunları – İslam Olimpiadası aprelin 20-də başa çatıb. Bu yarışda komanda idman növlərində də Azərbaycan idmançıları uğur qazana bilib. Azərbaycan qılıncoynadanları turnirdə bürünc, basketbol yığması qızıl medallara sahib olub. Litvalı mütəxəssis Rimas Kurtinaytisin çalışdırdığı Azərbaycan basketbolçuları bu turnirdə keçirdiyi 9 oyunun yalnız ikisində yenilib. Azərbaycan basketbol yığması Somali, Yəmən, Küveyt, Mərakəş, Suriya və İranı məğlub ediblər. Meydan sahiblərinə- Səudiyyə Ərəbistanına yenilib və Əlcəzair millisinə qrup mərhələsində uduzsalar da, finalda qalib gəliblər.



Qadınların iştirak eləmədiyi I İslam HƏmrəyliyi Oyunlarına 55 ölkədən 3000-ə yaxın idmançı qatılıb. Azərbaycan bu yarışda 12 idman növü üzrə 103 idmançıyla təmsil edilib. Karate, taekvando, qılıncoynatma, ağırlıqqaldırma və basketbol növlərində 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanan Azərbaycan idmançıları 55 ölkənin sıralamasında 8-ci yeri tutub. Səudiyyə Ərəbistanı idmançıları medalların sayına görə birinci, Misir ikinci, Qazaxıstan isə 3-cü olub.



Aprelin 21-i futbol üzrə 13-cü Azərbaycan çempionatında 28-ci turun 4 oyunu keçiriləcək. “Şəmkir” öz meydanında “Gənclərbirliyi”ni, “Bakı” isə “Göyəzən”i qəbul eləyəcək. 4 cü pillənin sahibi “İnter” səfərdə 3-cü olan “Xəzər-Lənkəran”ın, “MKT_Araz” isə “Turan”ın qonağı olacaq.



Çərşənbə günü isə bu turun ilk 4 oyunu keçirilib. Bu tura qədər Çempionatın lideri olan “Qarabağ” “Karat”ı 3-1 hesabıyla məğlub eləyib və birinciliyini qoruyub. “Qarabağ”dan cəmi 1 xal geri qalan “Neftçi” də “Ədliyyə”ni 2-0 hesabıyla yenməklə xal fərqini saxlayıb. “Karvan” Qusarda “Şahdağ-Samur”u 2-0 məğlub edib. “Gəncə” “Mərkəzi Ordu İdman Klubu” oyunu isə 1-0 hesabıyla başa çatıb.
XS
SM
MD
LG