Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:30
Rubrikalar

Bu gün çempionluq uğrunda ən vacib oyun olacaq


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Futbol üzrə 13-cü Azərbaycan çempionatında mayın 3-ü 30-cu turun oyunları keçirilib. Paytaxtın “Bakı” komandası İmişli “MKT-Araz”ını, Tovuzun “Turan” komandası isə Bakı “İnter”ini öz evində 1-0 hesabıyla yenib. Səfərdə “Karat” “Gəncə”yə, “Göyəzən” isə “Karvan”a 1-4 hesabıyla məğlub olub. Qusarın “Şahdağ-Samur” komandası Sumqayıtın “Gənclərbirliyi”ni 3-1, “Şəmkir”sə “Bakılı”nı 3-0 hesabıyla yenməyi bacarıb. Çempionluq uğrunda mübarizə aparan komandalardan “Xəzər-Lənkəran” “Ədliyyə”ni 6-1 hesabıyla darmadağın eləyib.



Bu gün, 30-cu turun son oyununda çempionluq uğrunda ən vacib Azərbaycan derbisi baş tutacaq. Ağdamın “Qarabağ” komandası Bakının “Neftçi” komandasının qəbul eləyəcək. Ötən tur 66 xal toplayıb birinci yerə çıxan “Neftçi” bu oyun öncəsi “Qarabağ”ı 2 xal qabaqlayır.



Mayın 4-ü UEFA Çempionlar Liqasının ikinci finalçı məlum olacaq. Hollandiyanın “PSV” komandası Eyndhovendə- öz evində İtaliyanın “Milan” komandasını qəbul eləyəcək. “PSV” 1 həftə əvvəl İtaliyadakı oyunda 0-2 hesabıyla yenilmişdi. Növbəti mərhələyə çıxmaq üçün hollandiya klubu “Milan”ı 3 top fərqiylə yenməyə məcburdur. Amma bu oyunda “PSV”də əsas müdafiəçilərdən Andre Ouyer cəzalı, hücumçular Bisli və Farfan, yarımmüdafiəçilərdən isə Bouma, Park və Robert zədələnib. Əsas heyətin bu oyunçularının hansının “Milan”a qarşı forma geyə biləcəyi yalnız son anda bəlli olacaq.





Mayın 7-də “Günay” Atçılıq İdman Klubunda da “Heydər Əliyev” kuboku keçiriləcək. Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək turnirdə yerli idmançılarla yanaşı, Türkiyə, Gürcüstan və digər ölkələrin çaparları da iştirak edəcəklər.
XS
SM
MD
LG