Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:38
Rubrikalar

Azərbaycan basketbolu Avrokuboklarda iki klubla təmsil oluna bilər


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Mayın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının finalında “Liverpul” “Milan”a qalib gələrək 5-ci dəfə bu kuboku qazanıb. Komandalar arasındakı oyun İstanbulun “Atatürk Olimpiya” stadionunda keçirilib. Oyunun ilk hissəsi “Milan”ın 3-0 qələbəsiylə başa çatıb. Amma ikinci hissədə 6 dəqiqə ərzində “Liverpul” hesabı bərabərləşdirə bilib. Əlavə vaxtda da hesab dəyişməyib. Oyunsonrası penalti vuruşlarında “Liverpul” daha dəqiq olub. UEFA-nın reqlamentinə görə, 5 dəfə Çempionlar Kubokunu qazanan komanda onu birdəfəlik özündə saxlayır.



Azərbaycan basketbolu növbəti Avropa kuboklarında iki klubla təmsil oluna bilər. Çünki, Azərbaycan Basketbol Federasiyasının qərarıyla bu il finala çıxan hər iki komanda çempion elan edilib. Final seriyasının 5-ci oyununda baş verən iğtişaşlar üzündən əvvəlcə Basketbol Federasiyası bu il çempionun olmayacağını bildirsə də, sonradan qərarını 180 dərəcə dəyişib - həm “Qərb Universiteti”, həm də “Qala”nı çempion elan edib. Avropa Basketbol Federasiyası icazə verərsə, “Qala”“Qərb Universiteti” komandaları Avrokuboklarda oynaya biləcək.



Mayın 25-i Sankt-Peterburqda başa çatan beynəlxalq şahmat turnirində Azərbaycan şahmatçısı Rauf Məmmədov 3-cü olub. 12 şahmatçının yarışdığı “Dünyanın gənc ulduzları” turnirində Rauf Məmmədov cəmi 1 oyunda uduzmaqla 7.5 xal toplayıb və 3-cü olub. Bu yarışın qalibi isə 8.5 xalla ukraynalı Sergey Karyakin olub.



Azərbaycanın gənc samboçuları Avropa çempionatında 5 medal qazanıb. Serbiya və Çernoqoriyada keçirilən yeniyetmə və gənclər arasında Avropa çempionatında Vasif Səfərbəyov 90 kq çəkidə Avropa çempionu olub. 52 kq-da İlham Qasımov, 74 kq-da Seymur Rəhimov, 82 kq-da Asif Səfərbəyov, 100 kq-da isə Mahir Musayev Avropa çempionatının bürünc mükafatlarına layiq görülüb.



Mayın 27-si qadınlardan ibarət Azərbaycan voleybol millisi Bakıda İspaniya yığmasını qəbul edəcək. Dünya çempionatının 2-ci seçmə mərhələsinin Bakıdakı oyunlarında Azərbaycan yığması İspaniya, Belçika və Rumıniya ilə eyni qrupda mübarizə aparacaq. Mayın 27-si, 28-i və 29-u Azərbaycanın qadın voleybolçuları növbə ilə bu komandalarla qarşılaşacaq. Bu qrupda ilk iki yeri tutan komanda 3-cü seçmə mərhələsinə vəsiqə qazanacaq. Dünya çempionatı 2006-cı ildə Yaponiyada keçiriləcək. İnessa Qorxmaz zədəsi üzündən bu oyunlarda Azərbaycan millisinə kömək edə bilməyəcək.
XS
SM
MD
LG