Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

Ramil Usubovun sensasiyalı müsahibəsi nə deməkdir?


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib Avropa Şurasının hesabatçısı Andres Herkel deyir ki, hər hansı bir ölkədə Hacı Məmmədov əhvalatı baş versəydi, o ölkədə hökumət böhranı yaranardı.



Azərbaycanda isə bu nəinki baş vermir, üstəlik, daxili işlər naziri ANS-ə və "Hesabat" jurnalına müsahibəsində deyir ki, iki adam öldürən qatili vaxtilə həbsdən o, qaçırdıb. Bu da azmış kimi ona da işarə edir ki, tapşırığı guya Heydər Əliyevdən alıbmış.



Ramil Usubovun sözlərinə görə, 1997-ci ildə Heydər Əliyev ona zəng edib deyib ki, yanıda Səid Camaloviç gələcək. Onu dinlə və kömək et. Dərbənd meri və nazirin sözlərinə görə, Heydər Əliyevi sevən bir insan olan Səid Camaloviçin bir istəyi də bu olub ki, Rusiyada iki adam öldürən və Bakıya qaçan Abuzərov azad olunsun. Ramil Usubov da Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirova tapşırıq verib ki, Abuzərovu Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinə gətirəndə onun qaçmasına şərait yaratsın. Nazir deyir ki, belə oldu.



Bütün bunları deməyə Ramil Usubovu məcbur edən nədir? Prezident niyə ölçü götürmür? Daxili işlər naziri belə açıq danışanda nəyə arxalanır?



İştirakçılar:



- Keçmiş polis rəisi, hazırda Elmi-Praktiki Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev;



- Millət vəkili, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc;



- "Ayna-Zerkalo" qəzetlərinin şərhçisi Azər Rəşidoğlu



Mahmud Hacıyev: "Süni qaçışın təşkil olunması qətiyyən yolverilməz haldır... Əgər Ramil Usubov bunu keçmiş mərhum prezidentin göstərişi ilə əlaqələndirirsə, bunun özü də hüquqi və məntiqi baxımdan düzgün deyil. Çünki, qətiyyən ölmüş şəxsə təqsirləndirici material istiqamətləndirmək olmaz. Çünki, o, artıq rəhmətə gedib və ondan heç kim sorğu edə bilməz.



Qaldı süni qaçışın təşkil olunmasına, bu sözün tam mənasında cinayətdir. Bunu elə əsaslandırırlar ki, guya 120 min azərbaycanlı Dağıstandan ekstradisiya oluna bilərdi. Bilirsiz, 120 min azərbaycanlının taleyi Ramil Usubov və cinayətkar Abuzər Abuzərov səviyyəsində həll olunmur. Bu ölkə rəhbərliyi, hökumət rəhbərliyi səviyyəsində həll olunan şeydir..."



Zahid Oruc: "Bu məsələdə biz hər şeyi hüquq müstəvisində şərh etməyə çalışmamalıyıq... Tutalım ki, bir şəxsin hər hansı bir formada qaçırılması 120 min azərbaycanlının həqiqətən də deportasiyasının qarşısını alırsa, bu baş verməsəydi nə olardı? Eyni bütün ittihamlar hakimiyyətin ünvanına ediləcəkdi ki, nədən bu məsələdə hüquqi maddəyə istinad edirlər, amma əvəzində minlərlə insanımızın taleyi qalır orda".



Azər Rəşidoğlu: "Zənnimcə, Ramil Usubovun bəyanatını hakimiyyətdaxili ziddiyyətlərin son həddə çatması ilə əlaqələndirmək olar. Yəni, kimlərsə Ramil Usubovun dili ilə zəif və iradəsiz İlham Əliyevə öz şərtlərini irəli sürürlər və onu öz iradələrinə tabe etdirmək istəyirlər. Ramil Usubov bu oyunda sadəcə, kiçik bir fiqurdur...



Seçkilər yaxınlaşdıqca, hakimiyyətdaxili ziddiyyətlər güc nazirlikləri arasına da transfer edib. Məhərrəm Əliyevlə Ramil Usubovun münaqişəsi haqda artıq mətbuatda çox yazılıb. Məsələ ondadır ki, istər Məhərrəm Əliyev, istərsə də Ramil Usubov bu oyunda sadəcə olaraq iştirakçıdırlar. Onların arxasında daha böyük fiqurlar dayanır. Bu, növbəti dəfə İlham Əliyevə bir xəbərdarlıqdır ki, əgər həmin qruplaşmaların iradəsinə tabe olmayacaqsa, onlar daha ağır ittihamlar və bəyanatlarla çıxış edə bilərlər. Hətta bəzi mətbuat orqanlarına görə, son nəticədə bu, hakimiəyyətdaxili çevrilişlə nəticələnə bilər".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG