Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

Çimərliklərdə çirklənmə artıb


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal gigiyena şöbəsinin müdiri Eldar Abdullayev deyir ki, çimərliklərin əksəriyyətində bakteroloji çirklənmə normadan 10 dəfə çoxdur.



İyulun 15-ə qədər Pirşağı, Bilgəh, Şıx, Sahil və Hövsan çimərliklərində aparılan yoxlamalarda bakteroloji göstəricilər normadan çox olub. Şöbə müdiri hesab edir ki, bu, həmin ərazilərdə təsərrüfat-məişət sularının təmizlənmədən birbaşa çimərliklərin yerləşdiyi sahil sularına axıdılmasıyla bağlıdır.



Eldar Abdullayev deyir ki, bu, hələ son deyil. Onun sözlərinə görə, mədən sularının kənarlaşdırılması üçün 1903-04-cü illərdə tikilən Hövsan kanalı da dənizi xeyli çirkləndirir. Beləki, kanalboyu bütün yaşayış məntəqələrinin kanalizasiya suları həmin kanal vasitəsilə dənizə axıdılır. Elə buna görədir ki, bir neçə gün əvvəl Hövsan çimərliyindən götürülən nümunələr xeyli çirklənmədən xəbər verir.



Eyni vəziyyət Şıx çimərliyində də mövcuddur, Burda suyun bakteroloji tərkibi normadan bir neçə dəfə yuxarıdır.



Digər çimərliklərlə bağlı nəticələr isə bir neçə günə məlum olacaq.



Çirklənmənin normadan bir-neçə dəfə artıq olmasına baxmayaraq, bu günə qədər hansısa çimərliyin bağlanmasıyla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmayıb.



Çimərliklərdə mikroblar təkcə suda deyil, sahildəki qumluqlarda da olur. Sabunçu rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Yusif İsmayılov deyir ki, çimərliklərdə çirklənmənin səviyyəsini öyrənmək üçün su ilə yanaşı sahil qumundan da nümunə götürülür. Amma bu, bir dəfə, çimərlik mövsümü başlayanda olur.



Həmin vaxt helment adlanan qurdlar qumluqda yumurta qoyur ki, bu da çimərliyə gələnlər üçün müəyyən problemlər yaradır. Beləki, həmin qurdların yumurtaları insan oqranizminə düşəndə qarın boşluğunda küt ağrılar baş qaldırır, mədə-bağırsaq pozğunluğu müşahidə olunur. Hətta cərrahi əməliyyatlarla nəticələnə bilən fəsadlar törənir.



Cənab İsmayılov deyir ki, mövsüm başlayanda Sabunçu rayonu ərazisində olan üç çimərlikdə – Bilgəh, Nardaran və Pirşağıda helment yumurtaları aşkarlansa da, yoluxma halları haqda onlara məlumat daxil olmayıb.



“Təmiz Dünya” Fondunun ekspert qrupunun apardığı araşdırmalar zamanı isə Abşeron çimərliklərində müxtəlif infeksion xəstəliklərin daşıyıcısı olan 30-a yaxın mikrob aşkarlanıb. Araşdırmanın nəticələrinə görə, sanitar-gigiyenik baxımdan ən acınacaqlı vəziyyət Şıx və Novxanı çimərliklərindədir. Novxanı çimərliyində demək olar ki, bütün çirkab suları elə vətəndaşların çimdiyi sahil sularına axıdılır.



Dənizə gələnlərin sahildə qoyub getdiyi zibillər çimərlikləri çirkab sularından heç də az çirkləndirmir. Novxanı çimərliyindəki nəzarətçinin dediyinə görə, hər gün sahildən bir maşın zibil toplayırlar. O bildirir ki, dəfələrlə deyilməsinə baxmayaraq, çimməyə gələnlərin əksəriyyəti təmizliyə riayət etmir, elə bu baxımdan da günün sonunda çimərlik zibilxananı xatırladır.



Buzovna və Pirşağı çimərliklərində apardığımız müşahidələr də ürək açan olmadı. Sahildən bir neçə metr aralıda zibilxana və onun da arxasında elə qumun üstündə kabab bişirilir.



Suyun kimyəvi tərkibinə gəldikdə, dənizin sahil zolağında dəfələrlə monitorinq apardıqlarını deyən Xəzərin Kompleks Monitorinq İdarəsinin rəhbəri Lətifə Hüseynova hesab edir ki, 90-cı illərlə müqayisədə indi sahil zolağında suyun kimyəvi tərkibi qənaətbəxşdir.
XS
SM
MD
LG