Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:50

Ukraynada hökumət böhranına siyasətçilərin şərhi<p align=`left`><br><br>


Səs: Real audio
AXCP sədri Əli Kərimli: «Mən inanıram ki, demokratik qüvvələr «narıncı inqilab»ın nailiyyətlərinin puç olmasına imkan verməyəcəklər» Ukrayna prezidenti Viktor Yuşşenkonun baş nazir Yuliya Timoşenko başda olmaqla hökuməti istefaya göndərməsi Azərbaycan siyasi dairələrində də müzakirə olunur. Bunu «narıncı inqilab»ın məğlubiyyəti kimi qiymətləndirənlər də, Ukraynanın demokratikləşmə yolunda atdığı növbəti qətiyyətli addım hesab edənlər də var.



Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, hökumətin qurban verilməsi vəziyyətdən çıxış yolu deyil: «Narıncı inqilab»lara ümidlər sönməyə başlayır. Bu hadisə bir növ ibrət dərsidir. Yuşşenko və Timoşenko arasındakı ziddiyyət göstərdi ki, inqilabi əhval-ruhiyyə, eyforiya ilə ölkədəki problemləri həll etmək olmur».



Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə baş verənləri keçid dövrünün çətinlikləri sayır: «Demokratik proses davam edir və hökumətin fəaliyyəti şəffafdır. Hansısa neqativ hallar varsa da, ört-basdır edilmir. Mən inanıram ki, demokratik qüvvələr «narıncı inqilab»ın nailiyyətlərinin puç olmasına imkan verməyəcəklər. Ayrı-ayrı kadrların dəyişdirilməsini faciə kimi qiymətləndirmək lazım deyil».



Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə baş verənlərin təbii qarşılanmasının tərəfdarıdır: «Bu, siyasi komanda üçün yaxşı hal deyil, ancaq ölkədə demokratik islahatların aparılması, korrupsiyanın kökünün kəsilməsi, neqativ halların aradan qaldırılması üçün atılmış düzgün addımdır».
XS
SM
MD
LG