Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Andres Herkel: «Keçən şənbə baş verənlər bizdə təəssüf doğurur»


Səs: Real audio
Dekabrın 15-də Parisdə AŞPA-nın Monitorinq Komitəsində də seçkidən sonra Azərbaycanda yaranmış vəziyyət müzakirə olunacaq «Keçən şənbə günü Bakıda baş verənlər bizdə böyük təəssüf doğurur». Bunu «Azadlıq» radiosuna Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmmərüzəçisi Andres Herkel bildirib. Onun sözlərinə görə, hələ seçkidən qabaq nümayişlərə qarşı həddən artıq gücdən istifadə olunub. «Bu, çox məyusedici bir hadisədir. Mülki adamlara qarşı zorakılıqdan istifadə edilməsini sərbəst toplaşmaq və siyasi azadlıqların pozulması kimi qiymətləndirmək olar» - deyə, o söyləyib.



Cənab Herkel Avropa Şurasının seçkini qəbul etməsi barədə Azərbaycan rəsmilərinin iddialarını təkzib edib. Onun sözlərinə görə, keçən həftə Buxarestdə komitənin iclasında seçki müzakirə olunub. Ümumi rəy belədir ki, hazırkı vəziyyət mürəkkəbdir və həmməruzəçilər Azərbaycana yenidən səfər etməlidirlər.



Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Andreas Qross artıq dekabrın 2-də Bakıda olacaqlar. Andres Herkel bildirib ki, seçki prosesinə qiymət verilərkən onun Avropa Şurasının standartlarına cavab verib-vermədiyi diqqətlə araşdırılacaq. Seçkidən sonrakı vəziyyətlə tanış olmaq üçün həmməruzəçilər Mərkəzi Seçki Komissiyası və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər.



Dekabrın 15-də Parisdə AŞPA-nın Monitorinq Komitəsində də seçkidən sonra Azərbaycanda yaranmış vəziyyət müzakirə olunacaq.
XS
SM
MD
LG