Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:36
Rubrikalar

«Karvan» ilk dövrəni lider kimi tamamladı


Səs: Real audio
Dekabrın 18-də "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı Bakıda – metronun "Nərimanov" və "Elmlər Akademiyası" stansiyaları yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd edib - Həftəsonu keçirilən oyunlarla futbol üzrə 14-cü Azərbaycan Çempionatının ilk dövrəsi başa çatıb. Şənbə günü «İnter» «Bakı»ya səfərdə 0-1 hesabıyla yenilməklə liderliyi əldən verib. «Olimpik»i 1 qolla yenən «Karvan»sa ilk dövrəni lider kimi tamamlayıb. «Şahdağ»-«Turan» oyunu qolsuz, «Göyəzən» -«MKT-Araz» görüşü isə, 1-1-lik heç-heçəylə sonuclanıb.



Bazar günü «Qarabağ»-«Gənclərbirliyi» oyununda qollu bərabərlik - 1-1 hesabı qeydə alınıb. Ötən çempionatın qalibi «Neftçi» gümüş medalların sahibi «Xəzər-Lənkəran»ı səfərdə 1-0 yenib. «Gəncə»sə Bakıda «MOİK»-i 3 cavabsız qola yenib. İlk dövrənin qalibi 28 xalla «Karvan» olub, eyni xala malik olan «İnter» top fərqinə görə ikinci sırada yer alıb. Liderdən 2 xal az yığan «Bakı» 3-cü, 24 xala malik olan «Gəncə» və «Neftçi» isə 4-5-ci yerləri bölüşür. Çempionatda son 3 sıranı «Xəzər-Lənkəran», «MOİK» və «Göyəzən» tutur. Çempionatın ilk dövrəsinin ən sərrast oyunçusu isə 11 qolla «Şahdağ»ın legioneri Əhməd Ticani olub.



- İspaniyada keçirilən şahmat üzrə beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Azər Mirzəyev 6 xal yığmaqla 10 nəfər arasında 2-ci yeri tutub.



- Polşada keçirilən sürətli şahmat üzrə Avropa Çempionatına qatılan digər Azərbaycan şahmatçısı Vüqar Haşımov isə 11 oyuna 6.5 xalla kifayətlənərək, növbəti mərhələyə yüksələ bilməyib.



- Voleybol üzrə Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil edən qadınlardan ibarət «Azərreyl» komandası bazar ertəsi İspaniyaya yollanıb. «Azərreyl» çərşənbə günü Cempionlar Liqasının 7-ci turunun oyununda Tenerifenin «Marixal» komandası ilə qarşılaşacaq. Bakıda keçirlən ilk oyunda «Azərreyl» 3-1 hesabıyla qalib gəlmişdi. B qrupunda 11 xalla birinci sırada olan «Azərreyl» Çempionlar Liqasında növbəti mərhələyə çıxmaq üçün son 4 oyunun ikisində qələbə qazanmalıdır.
XS
SM
MD
LG