Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:32
Rubrikalar

Azərbaycanlı alpinist Antarktidanın ən uca zirvəsini fəth edib


Səs: Real audio
Təhsil naziri Misir Mərdanov məsələni araşdıracağını deyir - Rusiyanın Vladimir şəhərində qadın şahmatçılar arasında keçirilən beynəlxalq turnirdə ən güclülərin qrupunda Azərbaycan şahmatçısı Firuzə Vəlixanlı 5.5 xalla 5-ci olub. B qrupunda isə Mehriban Şükürova 7-ci, Afaq Xudaverdiyeva 8-ci, Türkan Məmmədyarova isə 12-ci ola bilib.



- Bakı Olimpiya İdman Kompleksində Azərbaycan boksunun yaradıcılarından olan Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Azərbaycan boksçuları 9 qızıl, 6 gümüş, 7 bürünc medal qazanıblar. Turnirdə Rusiya, Gürcüstan və İsraildən olan boksçular da iştirak edib.



- Azərbaycan alpinisti İsrafil Aşurlu Antarktidanın ən uca zirvəsini fəth edib. O, beynəlxalq alpinistlər qrupunun tərkibində 13 saatlıq yürüşdən sonra Uinson zirvəsinə [4897 metr] Azərbaycan bayrağını sancıb.



- Voleybol üzrə Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil edən qadınlardan ibarət "Azərreyl" komandası dekabrın 21-də İspaniyanın "Tenerife-Marixal" klubuyla qarşılaşacaq. Komandalar arasında Bakıda keçirilən oyunda "Azərreyl" 3-1 hesabıyla qalib gəlmişdi. B qrupunda 11 xalla birinci-ikinci yerləri bölüşən "Azərreyl" bu oyunda qələbə qazanarsa, Çempionlar Liqasının "play-off" mərhələsinə çıxacaq.
XS
SM
MD
LG