Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:36
Rubrikalar

Evdən çıxmadan kitabxanalardan istifadə etmək mümkün olacaq


Səs: Real audio
Amerika mütəxəssisləri "quş qripi" ilə bağlı vəziyyəti öyrənmək üçün yanvarın 22-də Azərbaycana gəlirlər. Bazar ertəsi onlar azərbaycanlı həmkarlarıyla görüşəcəklər Bu "İz"də:



- "Kitabxana və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Teatrlar haqqında yeni qanun layihəsindən soraq tutacaq;



- «Biblioqrafiya» sözünün mənasını yada salacaq;



- «Molla Nəsrəddin» dərgisindən götürülmüş «Abirin və Kilab» atmacasına qulaq verəcək;



- və hər dəfə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun açıqlamalarını eşidəcəksiniz



TEATRLAR HAQQINDA YENİ QANUN HAZIRLANIR



Teatrda islahatlar məsələsi post-Sovet məkanında yenidənqurma prosesləri başlayandan, yəni 1985-ci ildən bəri gündəmdən düşməyib. Azərbaycan müstəqilliyə qovuşsa da, onun mədəni qurumları, o sıradan teatrlar hələ də islahat mexanizmini tapmayıb və bu, həm sənətçiləri, həm də get-gedə seyrələn teatr tamaşaçılarını narahat etməkdədir. Yeni qanuna ehtiyac da çox güman ki, həmin zərurətdən doğur.



Milli Məclisin mədəniyyət komissiyasının sədri, professor Nizami Cəfərov: "Teatr sənətimizdə xeyli problemlər var... Bu mənada teatr fəaliyyətimizlə əlaqədar məsələlər bəzən sosial problemə çevrilir. Ona görə bu sahədə hansısa bir qanun olmalıdır ki, onlar öz fəaliyyətlərini onun əsasında qursunlar ...".



Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət: "Qanunsuz işləmək bir az həftəbecər olur. Yəni ki, düzgün olmur. Teatr haqqında qanunun olması vacibdir ..".



«Yuğ» Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu: "Mən əminəm ki, oxumadığım, bilmədiyim layihədə müsbət, faydalı, səmərəli tədbirlər nəzərdə tutulub. Təbii ki, orada mübahisəli məqamlar da olacaq. Biz onu müzakirə edib günün tələblərinə cavab verən qanun layihəsini ortaya çıxaracağıq".



Vaqif İbrahimoğlu 2004-cü il dekabrın 17-də mətbuat vasitəsilə Azərbaycan Respublikasının prezidentinə açıq məktub ünvanlamış, dünyada mövcud teatr modellərini misal göstərərək ölkənin dövlət teatrlarında islahatlara kəskin ehtiyac olduğunu vurğulamışdı.



Bəs hazırlanan qanun teatrların yaradıcılıq azadlığına hər hansı müdaxiləyə yol açmaz ki?



Azərpaşa Nemət: "Azadlıqdan heç kəs məhrum olmayacaq, əksinə, tam azad olmalıdırlar".



Nizami Cəfərov: "Teatra müstəqillik verməyəndə, onun repertuar siyasəti çoxlu təşkilatlardan asılı olur. Deyək ki, məsələn, dövlətin. Amma əlbəttə, bir sıra dövlət teatrları bu şəkildə dövlət sifarişləri ilə işləyə bilər".



Vaqif İbrahimoğlu: "Dünyada mükəmməl qanun, mükəmməl sistem mövcud deyil. Bütün sistemlər, inkişaf, islahatlar hər dövrün tələblərinə uyğunlaşma potensialı ilə dəyərləndirilir. Biz özümü aldatmayaq ki, mükəmməl, hər şeyi həll edən bir qanun çıxacaq. Mən əminəm ki, bu, keçid dövrünün şərtlərini özündə əks etdirən bir qanun olacaq".



Azərbaycan teatrı yaşasa da, onun çağdaş durumu və özəlliklə dövlət teatrları sisteminin inkişaf perspektivlərindəki qeyri-müəyyənlikdən doğan narahatlıq öz böhran nöqtəsinə çatıb. Qanunun nə dərəcədə çözüm gətirəcəyini isə zaman göstərəcək.



AZƏRBAYCANDA DA EVDƏN ÇIXMADAN KİTABXANALARDAN İSTİFADƏ ETMƏK MÜMKÜN OLACAQ



Yanvarın 20-də başa çatan və kitabxanalarda avtomatlaşdırılmış idarə sisteminin tətbiqinə həsr edilən seminar
XS
SM
MD
LG