Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:40

Siyasət futboldan da yan keçmir


Səs: Real audio
MM-in vitse-spikeri «Bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri parlamentin işinə qatılmalıdırlar» - deyir Futbol üzrə Avropa Çempionatının seçmə oyunlarında Azərbaycanla Ermənistan bir qrupa düşdü. Püşkatmadan dərhal sonra sual yarandı: onlar öz aralarındakı oyunları harda keçirəcəklər?



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədovun mövqeyi belədir ki, Azərbaycan və Ermənistan yığma komandalarının oyunları neytral meydanda keçirilməlidir. O, deyir ki, bununla bağlı Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) rəhbərliyi ilə danışıqlara başlanıb və fevralın 10-da Brüsseldə oyunların təqvimi müzakirə olunanda qəti qərar veriləcək: «UEFA-nın mövqeyi budur ki, iki dövlət razılaşmalıdır. Əgər biz razılığa gəlməsək, onlar qərar qəbul edəcək. Azərbaycan və Ermənistanda oynamaq mümkün deyil. Baş katib də yəqin ki, neytral stadionda oynamaq variantını qəbul edəcək, çünki onunla ilkin söhbətimiz olub».



Yığmanın keçmiş baş məşqçisi Vaqif Sadıqov da hesab edir ki, oyunların harada keçirilməsiylə bağlı UEFA hər iki ölkənin futbol federasiyasının mövqeyini öyrənməlidir. Bundan sonra son qərar verilə bilər.



Yığmanın hazırkı baş məşqçisi Şahin Diniyev isə, deyir ki, harada keçirilməsindən asılı olmayaraq komanda oyuna hazırdır: «Ermənistanla bir qrupa düşməkdə qeyri-adi heç nə yoxdur, bu futboldur. Komanda bu iki ildə daha yaxşı təşkil olunacaq ki, rəqiblərlə keyfiyyətli oyun göstərə bilsin».



UEFA-nın mətbuat katibi Vilyam Qalyard isə, «Azadlıq» radiosuna müsahibəsində deyir ki, qurum komandaların neytral stadionda oynamaq məsələsinə baxa bilər, ancaq bunun üçün hər iki yığmanın müraciəti olmalıdır: «Əgər komandalardan biri oynamaq, digəri oynamamaq istəyirsə, əlbəttə, oyuna çıxmaq istəməyən komanda kənarlaşdırılacaq.Yox, əgər hər iki tərəf başqa, neytral meydanda oynamaq istəyirlərsə, onda hər ikisi birlikdə bizə müraciət etməlidirlər. Əlbəttə, biz bu məsələnin təhlükəsizlik aspektlərinin olduğunu başa düşürük və bunu nəzərdən keçirə bilərik. Amma araşdırmaya başlamağımız üçün əvvəlcə hər iki komanda bizə müraciət etməlidir».



«Futbol+» qəzetinin şərhçisi Kənan Həsənov da, qarşılaşmanın daha çox neytral stadionda keçirilməsini ağlabatan hesab edir.



AFFA-nın baş katibi Fuad Əsədov onu da deyir ki, bu müddətdə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların müsbət nəticəsi olarsa, oyunların hər iki ölkə stadionunda keçirilməsi variantı da müzakirə oluna bilər.



Yanvarın 27-də keçirilən püşkatma nəticəsində Azərbaycan yığma komandası «AÇ-2008»in seçmə mərhələsində Ermənistan, Portuqaliya, Serbiya- Çernoqoriya, Polşa, Finlandiya, Belçika və Qazaxıstan yığmaları ilə birlikdə «A» qrupuna düşüb.
XS
SM
MD
LG