Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:28
Rubrikalar

Yeni binalar işıqsız qala bilərlər


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» «Yaxın zamanlarda Azərbaycan Avropa istehlakçıları üçün etibarlı enerji mənbəyinə çevriləcək».



Belə bəyanatla prezident İlham Əliyev fevralın 3-də Astarada yeni istifadəyə verilmiş modul tipli stansiyanın açılış mərasimində çıxış edib. İham Əliyev xatırladıb ki, Azərbaycanın enerji potensialı kifayət qədərdir və qonşu ölkələrdə baş verən enerji böhranları Azərbaycanda təkrarlanmayacaq. Lənkəran şəhərindəki müalicə-diaqnostika mərkəzinə baş çəkdikdən sonra prezident İlham Əliyev Bakıya qayıdıb.



- Azərbaycanda fəaliyyətə başlamasının 4-cü ildönümünü qeyd edən «Barmek» Elektrik Şəbəkəsi isə Bakıda yeni tikilən binalara yeni şərtlər tətbiq edəcək. Bundan sonra tikinti şirkətləri yeni binalarda elektrik sistemini müasir standartlara uyğun quraşdırmalıdırlar, yoxsa onlara işıq verilməyəcək



Şirkətin prezidenti Hüseyn Arabul deyir ki, yeni qurğular ölkədə istehsal olunmadığından tikinti şirkətləri onları xaricdən gətirməlidirlər. Bu da şirkətlərə baha başa gəlir. Odur ki, yeni binalarda köhnə tipli avadanlıqlar quraşdırırlar. Bu isə paytaxtın elektrik şəbəkəsinin yükləyir.



Yanvarın 29-da 500 kilovoltluq 2-ci Abşeron hava xəttində qəza baş vermişdi. Nəticədə Bakı, Abşeron və ölkənin şimal-şərq rayonları bir neçə saat işıqsız qalmışdı.



- Mart ayında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbuluyla bağlı Cenevrədə növbəti görüş keçiriləcək. İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti çalışacaq ki, kənd təsərrüfatı sektoruna subsidiyalar məsələsi mümkün qədər kəndlilərin xeyrinə həll edilsin.



Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul olmaq üçün 1997-ci ildə sənəd verib. Təşkilatın tələblərinin sırasında kənd təsərrüfatına subsidiyaların azaldılması əsas yer tutur.
XS
SM
MD
LG