Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:48
Rubrikalar

«Azərcell» danışıq qiymətlərini aşağı salmağı planlaşdırır


Səs: Real audio
Məzahir Pənahov yenidən MSK-nın sədri oldu «Azərcell» şirkəti bu il mobil telefonla danışıqların qiymətini aşağı salmağı planlaşdırır. «Azərcell»in İdarəetmə Şurasının sədri Sərdar Canoğulları fevralın 7-də keçirdiyi mətbuat konfransında deyib ki, öz abunəçilərini saxlamaq üçün şirkət yeni xidmətlər və tarif paketləri üzərində işləyir. Hazırda mobil rabitə bazarında iki şirkətdən biri olan «Azərcell» bu bazarın 80 faizinə nəzarət edir. Yaxın vaxtlarda Azərbaycana daha iki mobil telefon operatorunun gəlməsi planlaşdırılır.



- Ümidini ipoteka kreditlərinə bağlayanlar isə deyəsən, bu ayı da gözləməli olacaqlar. İpoteka Fondunun sədri Faiq Məmmədov «Azadlıq» radiosuna deyib ki, ipoteka kreditlərini verəcək banklarla müzakirələr hələ başa çatmayıb. Onun sözlərinə görə, banklarla müzakirələr fevralın ortalarına qədər uzana bilər, kreditləşmənin dəqiq tarixi isə məlum deyil.



Bu il cəmi 900 nəfər ipoteka krediti götürə biləcək. Kreditlər 3 ildən 5 ilə kimi 12 faizdən çox olmamaq şərti ilə verilir.



- İri neft layihələri başa çatandan sonra burada çalışan azərbaycanlı fəhlələrin işsiz qalmamasına hökumət özü nəzarət edəcək.



Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib ki, bu məqsədlə hökumət, işəgötürən və həmkarlar ittifaqları arasında üçtərəfli sazişlərin bağlanması nəzərdə tutulub. İndi bu məqsədlə yaradılmış komissiya həmin saziş layihəsini müzakirə edir. Sazişə imza atmış tərəflər işsiz qalmış mütəxəssisin sonrakı taleyi ilə maraqlanmağa borcludurlar. Bu zaman işəgötürən və hökumət işsizin yeni iş yeri ilə təmin edilməsinin qeydinə qalmalı, onun peşə yönümünün dəyişdirilməsi ilə məşğul olmalıdırlar.
XS
SM
MD
LG