Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

«Quş qripi» ilə mübarizədə kadr çatışmazlığı var


Səs: Real audio
Azərbaycanda ildə 5-10 baytar hazırlanır ««Quş qripi» ilə mübarizə aparmaq üçün kadr çatışmazlığıyla üzləşmişik». Bu açıqlama ilə Gəncədə səfərdə olan Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru Çingiz Əhmədov çıxış edib.



Onun sözlərinə görə, ölkə üçün baytar hazırlayan yeganə təhsil müəssisəsi Azərbaycan Kənd Təsərrüfatı Akademiyasıdır ki, ildə 5-10 mütəxəssis hazırlayır: «Bu fakt bizi faciə ilə qarşı-qarşıya qoya bilər, hətta artıq üzləşmişik. Yaranmış problem dövlət səviyyəsində həll olunmalıdır».



Çingiz Əhmədov deyir ki, "quş qripi" ilə bağlı problemlərdən biri də göstərişlərin yerlərdə icrası üçün maddi-texniki bazanın olmamasıdır.



Çingiz Əhmədovun sözlərinə görə, məhv edilən və ya qırılan çöl və ev quşlarının statistikası aparılır, ancaq dəqiq rəqəm mübarizə tədbirləri başa çatandan sonra açıqlanacaq. Cənab Əhmədov bildirdi ki, «quş qripi» diaqnozu qoyulan ev quşları məhv edilərkən onların sahiblərinə bazar qiymətləriylə hesablanmış kompensasiya ödəniləcək.



Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun direktoru İlham Əzimov isə deyir ki, xüsusilə Samux rayonunda ev və çöl quşlarının cəsədlərinin zibil yeşiklərinə, su hövzələrinə, arxlara atılması ciddi təhlükə yaradır.
XS
SM
MD
LG