Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

26 noyabr mitinqindəki qarşıdurma araşdırılıb


Səs: Real audio
İctimai Təhqiqat Komissiyası polis və hərbi qulluqçuların məsuliyyətə cəlb olunmalarını tələb edir Ötən il noyabrın 26-da Bakıda «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatının seçki saxtakarlığına etiraz mitinqinin güc tətbiq etməklə dağıdılmasının hüquqi əsaslarını araşdıran hüquq müdafiəçiləri və hüquqşünaslardan ibarət İctimai Təhqiqat Komissiyası (İTK) yekun rəy hazırlayıb.



Araşdırma vaxtı zərərçəkənlərin və şahidlərin hadisə barədə izahatları, saxlanılanlar və inzibati məsuliyyətə cəlb olunanlar barədə məlumatlar toplanıb.



İTK-nın gəldiyi qənaətə görə, aksiya iştirakçılarına qarşı hakimiyyət qüvvələrinin güc tətbiq etməsi fundamental hüquq və azadlıqların pozulmasıdır. Mitinq iştirakçıları tərəfindən polis və Daxili Qoşunların hərbi qulluqçularına qarşı qanunazidd hər hansı hərəkət müəyyən edilməyib. Aksiya iştirakçılarına bədən xəsarəti yetirən, tədbirin təşkilatçılarına məxsus əmlakı məhv etməklə onlara maddi ziyan vuran polis və Daxili Qoşunların hərbi qulluqçuları isə, inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunmalıdırlar.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, hesabat bir sıra dövlət orqanlarına göndəriləcək.



Respublika Prokurorluğu 26 noyabr mitinqində baş verən qarşıdurmayla bağlı Cinayət Məcəlləsinin 315.2 – hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və 233-cü – ictimai asayişin pozulması maddələri ilə cinayət işi qaldırıb.



Hüquq-mühafizə orqanları həmin hadisələrdə onlarla polisin xəsarət aldığını bildirib.
XS
SM
MD
LG