Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:39

«Azərenerji»nin «Barmek»lə mübahisəsi qızışır


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir «Hörmətli cənab prezident. Bakı şəhərini elektrik enerjisi ilə təchiz edən "Barmek" şirkəti aldığı enerjinin haqqını vaxtında ödəmir və müqavilə öhdəliklərinə əməl etmir. Şirkət şəhər təsərrüfatının inkişafına lazımınca diqqət yetirmir»



Bu sözləri fevralın 27-də prezident İlham Əliyevin yanında keçirilən müşavirədə «Azərenerji»nin sədri Etibar Pirverdiyev söyləyib. Prezident də cavabında deyib ki, «Barmek»ə ciddi xəbərdarlıq edilsin.



Bu, «Azərenerji»nin sədrinin «Barmek»ə qarşı ilk ittihamı deyil. Etibar Pirverdiyev tez-tez «Barmek»i yaxşı işləməməkdə günahlandırır, «Barmek»in prezidenti Hüseyn Arabul isə ittihamları qəbul etmir. Hərdən bu qurumların rəhbərləri arasında münasibətlər az qala şou-biznes qalmaqalları səviyyəsinə çatır. Məsələn, tərəflər tez-tez bir-birilərini energetika sektorundan xəbərsiz olmaqda, hətta savadsızlıqda qınayırlar.



Ekspertlər hesab edirlər ki, bu ixtilaf Bakı və Sumqayıtın elektrik şəbəkələrinin «Bayva»da olduğu kimi, «Barmek»dən alınıb yenidən «Azərenerji»yə verilməsi ilə də nəticələnə bilər. Bu halda «Azərenerji» ölkədə energetika sektorunda inhisarçı şirkətə çevriləcək. Şirkət özü istehsal edib, özü də satacaq. Onsuz da indi Bakı, Sumqayıt və şimal rayonlarından başqa bütün ölkədə vəziyyət bu cürdür.



Məsələnin başqa bir tərəfi də var. Abonentləri inandırmaq olmur ki, elektrik enerjisi «Allahın işığı» yox, kartof, soğan kimi bazarda satılan adi əmtəədir. Bazar iqtisadiyyatına keçməyi hədəfləyən ölkədə enerji satışının hökumətə tapşırılması onu deməyə əsas verir ki, əhalidən işıqpulu yığmaq bundan sonra daha çətin olacaq. Bunu əhaliyə satılan təbii qazın haqqının yığım faizi də təsdiqləyir. İndi təbii qazı əhaliyə hökumət satır, yığım isə cəmi 20 faizdir. Aydın məsələdir ki, hökumət vətəndaşlarla münasibətləri pisləşdirməkdə maraqlı olmayacaq. Yeri gəlsə, seçkidən-seçkiyə inhisarçı mövqeyindən istifadə edəcək.



Asiya İnkişaf Bankının Azərbaycanda özəl sektorun vəziyyətinə dair hazırladığı hesabat layihəsində də kommunal sektorun hökumətin inhisarında olması Azərbaycana əsas irad kimi tutulur.



«Azərenerji» isə sadalananlarla razılaşmır. «Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov deyir ki, qurum regionlarda idarəetməni daha da yaxşılaşdırmağa hazırlaşır.



Amma məsələyə başqa istiqamətdən də yanaşmaq olar. Hökumət iri neft pulları gözləyir və idarəetməni dövlət özü həyata keçirsə, şəbəkələrə özəl şirkətlərdən daha çox investisiya qoya biləcək. Məsələn, «Azərenerji» regionlarda bu il 500 min ədəd sayğac quraşdırmağı nəzərdə tutub. Amma bütün hallarda ekspertlər deyirlər ki, hökumət belə inhisar yaratmaqdansa, özəl biznesə dəstək olsaydı, bu, daha səmərəli qərar olardı.



Ermənistanda da, Gürcüstanda da əhaliyə elektrik enerjisini özəl şirkətlər satır. Tbilisi ətrafı əraziləri idarə edən «PA Consulting» şirkəti 2006-cı ildə işıqpulu yığımını 80 faizə çatdırmağı nəzərdə tutub.



Xarici təcrübədə rəqabət yaratmaq üçün mobil telefon xidmətində olduğu kimi, bir rayonda bir neçə paylayıcı şirkətin fəaliyyət göstərməsi halları da var. Azərbaycanda isə Bakı, Sumqayıt və şimal rayonları istisna olmaqla, qalan bütün rayonlarda hökumət elektrik enerjisini özü istehsal edir, özü də satır.
XS
SM
MD
LG