Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Məhbuslar təhsil hüququndan da məhrumdurlar


Səs: Real audio
Dövlət başçısı «Azərbaycan öz mövqeyinə yenidən baxmalıdır» - deyir «Ali təhsil almaq üçün onlarda şərait yoxdur»



Burda, həbsxananın dəmir qapıları bağlananda, vətəndaşın azadlıq hüququ qismən məhdudlaşır. Məhbus vətəndaş azadlıqda yaşamaq hüququnu itirsə də, bir insan kimi konstitusiya və qanunların verdiyi bütün hüquqlardan istifadə edə bilər.



Amma 1996-cı ildən, 19 yaşından Qobustan Qapalı Həbsxanasında cəza çəkən Namiq Vəliyevdən aldığım məktub reallıqda vəziyyətin başqa cür olduğunu düşünməyə əsas verir. Həmin məktubdan bəzi məqamları sizə də təqdim edirəm.



"Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kursunda oxuduğum, bədii gimnastika üzrə idman ustasına qədər yüksələ bildiyim vaxt özümü günahkar hesab etmədiyim bir cinayət üzündən ömürlük cəza aldım. İstədiyim budur ki, ömürlük cəza alsam da, yarımçıq qalan təhsilimi davam etdirim. Bu haqda Xəzər Universitetinin rəhbərliyinə də rəsmi müraciətlərim də olub. Onlar nəinki qiyabi təhsil almağıma razılaşıblar, hətta məni təhsil haqqı ödəməkdən də azad ediblər. Bildiyim qədər Azərbaycan qanunvericiliyi məhbuslara təhsil almaq hüququ verir. Amma mən bu hüququmdan istifadə edə bilmirəm. Bunu məmur özbaşınalığı sayıram. Azərbaycanda bütün məhkəmə instansiyalarından təhsil almaq istəyimə rədd cavabı almışam. Son ümid yeri kimi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm...".



Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı ilə əlaqə saxladım. Onun sözlərinə görə, əvvəlcədən razılaşdırılmışdı ki, Namiq Vəliyevin təhsil almasına şərait yaradılacaq. Amma nədənsə sonra vəziyyət dəyişdi. Hamlet İsaxanlı hesab edir ki, ömürlük cəza alan bir məhbusa həbsxanada ali təhsil almağa hökumət səviyyəsində şərait yaradılsaydı, bu, Azərbaycanda insan haqlarına dair vəziyyətin ağır olması haqda beynəlxalq rəyin dəyişməsinə də kömək edə bilərdi.



Hüquqşünas İsaxan Aşurova görə, Cəzaların İcrası Məcəlləsi məhbusların təhsil almasını nəzərdə tutur: "Ümumi qəbul edilmiş qaydalara əsasən, onlar ancaq azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar". İsaxan Aşurov onu da deyir ki, qanunvericiliyin nəyi nəzərdə tutmasına baxmayaraq, praktikada indiyə qədər bir məhbusun təhsil hüququndan istifadə etməsinin şahidi olmayıb.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin şöbə müdiri Rafiq Ramazanov bildirir ki, həbsxanalarda orta təhsili olmayan məhbuslar üçün orta məktəblər fəaliyyət göstərir, məhbuslar mütaliə etmək üçün saxlama müəssisəsindəki kitabxanalardan da istifadə edə bilirlər. Amma "ali təhsil almaq üçün onlarda şərait yoxdur".



Rafiq Ramazanov deyir ki, qanunvericilikdə məhbusun hansı şəraitdə ali təhsil ala biləcəyi göstərilmədiyi üçün təmsilçisi olduğu idarə də qanundankənar addım ata, məhbusun ali təhsil almasına şərait yarada bilməz.



Hüquq müdafiəçisi Əvəz Həsənovsa bildirir ki, həbsxanalarda cəza çəkməsinə baxmayaraq, ali təhsil almaq istəyənlər var. Müsahibimiz bu qənaətdədir ki, bu qəbil insanların vəziyyətiylə bağlı qanunvericiliyə dəyişikliklər edilməsinin əsl məqamıdır: "Mənə elə gəlir ki, bunun üzərində gələcəkdə işləniləcək. Yəni orada insanların kitab oxumaq imkanları olsun, insanlar sənət-peşə öyrənə bilsinlər".



Azərbaycan Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, Azərbaycan vətəndaşı olan hər bir şəxsin təhsil almaq hüququ var. Məhbusların hüquqlarını və onlarla davranış qaydalarını müəyyənləşdirən Cəzaların İcrası Məcəlləsinə görə isə, məhbuslar təhsil ala və peşə hazırlığı keçə bilərlər. Yəni nə konstitusiyada, nə də Cəzaların İcrası Məcəlləsində məhbusun ali təhsil almağına məhdudiyyət qoyul
XS
SM
MD
LG