Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Bakıda bir neçə körpünün təməlqoyma mərasimi keçirilib


Səs: Real audio
Körpülər təxminən 25 milyon dollara başa gələcək Martın 15-də Bakının Əzizbəyov dairəsində bir neçə körpünün təməlqoyma mərasimi keçirildi.



Əzizbəyov dairəsi – paytaxtda nəqliyyatın ən sıx yerlərindəndir, burada bir neçə istiqamətə gedən yollar kəsişir. Tıxacların qarşısını almaq üçün dairə üzərində bir neçə körpü inşa olunacaq.



Körpülər ikitərəfli olacaq, heç bir yerdə kəsişməyəcək və onların üzərində işıqfor qoyulmayacaq. Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis Departamentinin rəhbəri Cavid Qurbanov deyir ki, məqsəd maşınların dayanmadan hərəkətini təmin etməkdir.



Əzizbəyov dairəsindəki körpülər təxminən 25 milyon dollara başa gələcək.



Nəqliyyat naziri Ziya Məmmədov isə, bildirir ki, hər il Azərbaycana təxminən 40 min avtomobil gətirilir və bunun çoxu Bakıda istifadə edilir. Paytaxt əhalisi də ildən-ilə artır və şəhərin infrastrukturunun bu inkişafa uyğunlaşdırılması vacibdir.



Ümumilikdə paytaxtda doqquz belə nəqliyyat qovşağı inşa etmək nəzərdə tutulub. Bu işlər prezident İlham Əliyevin Bakıda nəqliyyatın hərəkətinin təkmilləşdirilməsinə dair sərəncamı əsasında həyata keçirilir.
XS
SM
MD
LG