Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Naxçıvanda yaşayış məntəqələri və əkin sahələri suyun altında qalıb


Son günlər Araz çayında suyun səviyyəsinin qalxması nəticəsində çaya yaxın ərazidə yerləşən yaşayış məntəqələri və əkin sahələri suyun altında qalıb. Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Təzəkənd yaşayış massivində 40-a qədər ev suyun altında qalıb. Hazırda sakinlər evlərini tərk edir və qonşu kəndlərə yerləşirlər. Kənd camaatının sözlərinə görə, son bir neçə ildə Araz çayında suyun səviyyəsinin bu qədər qalxması müşahidə edilməyib. Təzəkənd sakini Mehrac Ağayev: «Suyun səviyyəsinin yenə də qalxması gözlənilir».


Təzəkənd Araz çayının təxminən iki metrliyində yerləşir. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, çaylardan iki-üç metr kənarda yerləşən ərazilərdə yaşayış məntəqələri salmaq olmaz.


Muxtar Respublika Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun məsul əməkdaşları hadisə yerindədirlər və əhaliyə dəymiş ziyanın məbləğini müəyyənləşdirməklə məşğuldurlar.


XS
SM
MD
LG