Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

«Yeni Fikir»çilərin məhkəməsində qalmaqal... proses mayın 15-nə qədər təxirə salındı


«Yeni Fikir» Gənclər Təşkilatının üç fəalının mayın 1-də keçirilən məhkəmə prosesi qalmaqallı oldu. Hakim Tofiq Paşayev deyəndə ki, təqsirlənənlərin hüquqlarını yenə dövlətin təyin etdiyi vəkillər müdafiə edəcək, təşkilatın sədri Ruslan Bəşirli məhkəməyə etiraz etdi: «Necə ki, biz istəməyə-istəməyə vəkil verirsiz, başqa etirazlarımızı isə qəbul etmirsiz».


Hakim isə etirazlarla bağlı dedi ki, başqa vəkillər məhkəməyə müraciət etməyib.


Təqsirlənənlərdən digəri – Sədi Nuri isə vəsatət verib dedi ki, istintaq materiallarında Polşada seminarda olarkən onlara dövlət çevrilişinin sirlərinin öyrədilməsiylə bağlı sənəd var. Məhkəmə həmin məsələyə aydınlıq gətirməlidir: «İşdə arayış var ki, guya, bizə Polşada Milli Demokratiya İnstitutunun keçirdiyi seminarda politoloq Zbiqnev Bjezinski «dövlət çevrilişinin sirlərini», gənclərin gücündən istifadə edilməsi qaydalarını öyrədib. Ancaq bu deyilənlər olmayıb. Qapalı prosesdə bu arayış oxundu. Arayış verilsin».


Ruslan Bəşirli isə Norveç hökumətindən 50 min dollar məbləğində qrant alıb onun vergisini ödəməməsi haqda ittiham bağlı Norveç səfirliyi nümayəndələrinin məhkəməyə dəvət olunmasını istədi. Hakim isə bütün bunları Ruslan Bəşirlinin məhkəmənin gedişini pozması kimi qiymətləndirdi və ona iki dəfə xəbərdarlıq etdi. Hakimin qərarıyla proses mayın 15-nə təxirə salındı.


Məhkəmənin gedişini ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri və ATƏT eksperti izləyir.


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyev və Səid Nuri dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda günahlandırılır.


XS
SM
MD
LG