Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

Baş prokuror: «Barmek» dövlət torpaqlarını qanunsuz özəlləşdirib»


Baş prokuror Zakir Qaralov deyir ki, «Barmek Azərbaycan» şirkətinə məxsus on milyon dollara yaxın vəsait qanunsuz şəkildə onun Türkiyə və başqa ölkələrdəki hesablarına köçürülüb. Bundan başqa, şirkət rəhbərliyi dövlətə məxsus torpaq sahələrini qeyri-qanuni özəlləşdirib: «26 min kvadrat metr torpaq sahəsi cinayət məsuliyyətinə cəlb olunmuş «Azinvest» şirkətinin təsisçisi Rafiq Əliyevin adına sənədləşdirilib».



Hüseyn Arabul, 29 mart 2006
«Barmek Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabul isə onları başqa bir şirkətlə qarışdırdıqlarını düşünür. O, Azərbaycanda torpaq alıb-satmadığını və qanunsuz pul köçürmələri etmədiyini bildirir. Hüseyn Arabul deyir ki, şirkət Azərbaycanda 500 milyon dollardan artıq pul qazanıb və bu məbləğdən xaricə yatırım üçün göndərdiyi də, «Barmek»in Türkiyədəki işçilərinə və ya ailələrinə əmək haqqı ödədiyi də olub.


Vergilər Nazirliyi isə mayın 4-dən şirkətin bank hesablarına iki ay əvvəl qoyduğu həbsi götürüb. Hüseyn Arabulun sözlərinə görə, vergi borclarının ödənməsi məqsədilə şirkətin hesabından dövlət büdcəsinə 12.6 milyon dollar köçürülüb.


Baş prokuror Zakir Qaralovsa deyir ki, «Barmek Azərbaycan» şirkəti fəaliyyətini davam etdirdiyindən, prokurorluq onun hesabına həbs qoymaq niyyətində deyil və onun gələcək fəaliyyəti ilə bağlı problemləri İqtisadi İnkişafı Nazirliyi həll edir: «Bu istintaqın məqsədi korrupsiya hallarını araşdırmaqdır».


Türkiyə şirkəti olan «Barmek» dörd ildir Azərbaycanda elektrik paylayıcı şirkət kimi fəaliyyət göstərir. Bu ilin martından müqavilə öhdəliklərini tam yerinə yetirməməkdə və korrupsiyada ittiham olunan şirkətin bu günədək altı vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunub.


XS
SM
MD
LG