Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:42

10 yerə təkrar seçki nəyi dəyişir?


Seçki plakatları, Bakı, 3 noyabr 2005
Seçki plakatları, Bakı, 3 noyabr 2005

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Andreas Qross noyabrdakı parlament seçkilərindən sonra dedi ki, saxtakarlıq olub. Ancaq onu da dedi ki, şəxsən o, namizəd olsa idi, imkan verməzdi ki, ona verilən səsləri oğurlasınlar. Seçkinin nəticəsi kimdən və nə qədər asılıdır?


Prezident Aparatından Əli Həsənov deyir ki, mayın 13-dəki təkrar seçkilərə əgər bir məmur müdaxilə etsə, cəzalanacaq. Bu o deməkdirmi ki, seçki demokratik olacaq?


"Azadlıq" bloku deyir ki, parlamentdə 10 boş yerə təkrar seçki elə noyabrdakı seçkilər kimi olacaq. Bu, hətta belədirsə, seçkini boykotmu etmək lazımdır? Nəyisə boykotla dəyişmək olur, yoxsa iştirakla? Yoxsa seçki elə keçirilir ki, istəyirsən boykot et, istəyirsən iştirak, nəticə eyni çıxır?


Mayın 13-də Milli Məclisdə boş qalan 10 yerin hər birinə orta hesabla 12 iddiaçı var. Seçkinin demokratikliyinə şübhə varsa, namizədlər arasında aktivlik niyə yüksəkdir? Həmin 10 seçki dairəsində yaşayan 400 min seçici də seçkidə belə aktiv olacaqmı?


Bütün bu suallara cavab tapmağa 3 qonağımız kömək edəcək:


- Yeni Azərbaycan partiyasının İcra Katibliyinin məsulu Sadiq Qurbanov;


- Müsavat partiyasının təşkilatı məsələlər üzrə başqan müavini Arif Hacılı;


- Azərbaycan Xalq Cəbhəsi partiyasının təşkilatı məsələlər üzrə sədr müavini Həsən Kərimov


DİNLƏYİN!


XS
SM
MD
LG